ƏLİYEVA Nәcibә Abbasәli qızı (22.2.1927, Gәncә – 31.8.2006, Bakı ) – Azәrb. virusoloqu. Baytarlıq e.d. (1974). Baytarlıq virusologiyası sahәsindә ilk azәrb. qadın alim. Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1949). Qax r-nunda baytar hәkim kimi fәaliyyәtә başlamış, 1963 ildә Azәrb. Elmi Tәdqiqat Baytarlıq İn-tunda mikrobiologiya vә virusologiya laboratoriyasının müdiri olmuşdur. 1964–80 illәrdә Azәrb.-da iribuynuzlu cavan heyvanların (buzovların) respirator xәstәliklәri üzrә elmi tәdqiqat aparmışdır. 1975 ildәn ömrünün sonunadәk ümumi virusologiya vә dabaq xәstәliyi laboratoriyasına rәhbәrlik etmişdir. Tәdqiqatları resp.-da da varların virus törәdicili balasalma, xlamidioz xәstәliklәrinin epizootologiyasının öyrәnilmәsinә vә ona qarşı mübarizә tәdbirlәri hazırlanmasına aiddir. İlk dәfә olaraq xәstә buzovdan qaramala mәxsus adenovirus ayırmış vә Azәrb.-ın müxtәlif tәsәrrüfatlarında qaramalın qan serumunda adenovirus 1, 2, 3 vә paraqrip-3 viruslarının anticisimlәrinin mövcudluğunu öyrәnmişdir. 85-dәn çox elmi әsәrin müәllifidir.