ƏLİYEVA Nәrgiz Ağasәlim qızı (d. 25.11.1952, Ağstafa ş.) – Azәrb. tarixçisi, tarix üzrә e.d. (2012). Azәrb. Dövlәt Un-tinin şәrqşünaslıq fakültәsini bitirmişdir (1974). Azәrb. EA Tarix İn-tunda böyük laborant (1976–2002), Azәrbaycan Tarixi muzeyindә elmi katib (2002–05) vәzifәlәrindә çalışmış, 2005 ildәn muzeyin direktor müavinidir. 80-ә yaxın elmi әsәrin müәllifidir.
Ə s ә r l ә r i: Azәrbaycan Yaqut әl-Hәmәvinin әsәrlәrindә. B., 1999; Əs-Sәmaninin “Kitab әl-Ənsab” әsәri Azәrbaycan mәdәniyyәt tarixinә dair mәnbә kimi. B., 2010; İbn Makula azәrbaycanlı ziyalılar haqqında. B., 2014.