ƏLİYEVA Nәzirә Nәsrәddinovna (31.12.1912, Daşkәnd – 16.6.1980, Daşkәnd) – özbәk aktrisası. Özb. SSR xalq artisti (1969). 1920-ci illәrin sonlarında Bakı Teatr Texnikumunda, 1929–34 illәrdә Moskva Teatr Sәnәti İn-tunda oxumuşdur. 1935–41 illәrdә Azәrb. Dram Teatrında Gülgün vә Solmaz, Yaxşı (“Od gәlini”, “Almaz”, C.Cabbarlı), Nazlı (“Ölülәr”, C.Mәmmәdqulu zadә), Firuzә xatın (“Şahnamә”, M.Canan; M.F.Axundzadәnin “Aldanmış kәvakib” әsәri üzrә), Dürdanә (“Sәyavuş”, H.Cavid) rollarında çıxış etmişdir. 1934, 1941–48 illәrdә Hәmzә ad. Özbәkistan Dövlәt Dram Teatrının aktrisası olmuşdur. Rolları: Dezdemona (“Otello”, U.Şekspir), Larisa, Şelavina (“Cehizsiz qız”, “Günahsız müqәssirlәr”, A.Ostrovski), Nina (“Maskarad”, M.Y.Lermontov), Xalisxan (“Xalis xan”, Hәmzә) vә b. Bir sıra kinofilmlәrdә çәkilmişdir. M.S.Ordubadinin “Qılınc vә qәlәm” romanını vә M.Şamxalovun “Qayınana” komediyasını özbәk dilinә tәrcümә etmişdir.