ƏLİYEVA Nurlana Müzәffәr qızı (d. 28.8.1946, Gәncә) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2004), prof. (2009), Azәrb. Resp.-nın әmәkdar müәllimi (2004). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1969). Pionerlәr evindә metodist (1970–75), 134 saylı orta mәktәbdә (1975–79) vә Bakı Maliyyә-Kredit Texnikumunda müәllim işlәmişdir (1979–90). 1990–2016 illәrdә Azәrb. Dövlәt Pedaqoji Kollecinin direktoru olmuş, 2016 ildәn Bakı Slavyan Un-tinin rektorudur. Tәdqiqatları, әsasәn, Azәrb. bәdii nәsrindә qәhrәman vә üslub axtarışına hәsr olunmuşdur. 100-dәn çox elmi-publisistik әsәrin, o cümlәdәn 15 kitab, monoqrafiya vә dәrsliyin müәllifidir. 2009 ildәn “Zәriflik” elmi-publisistik, ictimai-siyasi jurnalının baş redaktorudur. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: 60–80-ci illәr Azәrbaycan nәsrindә qәhrәman vә üslub axtarışları. B., 1997; 60-cı illәr Azәrbaycan nәsri – bütövlük müştәrisi. Berlin, 2002; Zamanın sözü. B., 2006; Müstәqillik әrәfәsi vә mәdәni inqilab dәyәrlәri. B., 2008.