ƏLİYEVA Rәfiqә Əlirza qızı (d.20.9.1932, Naxçıvan – 6.5.2017, Bakı) – Azәrb. kimyaçısı. AMEA-nın akad. (2014; m. üzv 2007). Azәrb. Resp.-nın әmәkdar elm xadimi. H.Ə.Əliyevin bacısıdır. Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1956). Hәmin un-tin analitik kimya kafedrasında dosent (1976–97), prof. (1998 ildәn) vәzifәlәrindә işlәmişdir. 2001 ildәn ömrünün sonunadәk BDU-nun ekoloji kimya vә әtraf mühitin mühafizәsi elmi tәdqiqat laboratoriyasının rәhbәri olmuşdur. Tәdqiqatları fotometrik üsullarla üzvi reaktivlәrdәn istifadә etmәklә metalların tәyini metodikasının işlәnib-hazırlanması
vә mürәkkәb obyektlәrә tәtbiqinә, hәmçinin malein anhidridi vә stirol әsasında alınmış sorbentlәrdә bir sıra metalların sorbsiya imkanlarının öyrәnilmәsinә aiddir. 450 elmi әsәrin, o cümlәdәn 2 monoqrafiya vә 20 dәrs vәsaitinin müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir. Elmi kadrların hazırlan masında xidmәti olmuşdur.
Ə s ә r i: Analitik kimya (F.M.Çıraqov, Ə.A.Mәlikovla birlikdә). B., 2009.