ƏLİYEVA Rәna Qurban qızı (d.21.1.1948, Bakı) – Azәrb. tibb alimi, stomatoloq. Tibb e.d. (2001), prof. (2005), Azәrb. Resp.-nın әmәkdar elm xadimi (2010). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1971). 1973–98 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun stomatologiya kafedrasında işlәmiş, 1998 ildәn Azәrb. Tibb Un-tinin uşaq stomatologiyası kafedrasının müdiridir. Tәdqiqatları Azәrb. Resp.-nda uşaq yaşlarında stomatoloji xәstәliklәrin epidemiologiyası, profilaktikası vә müalicәsi probleminә hәsr edilmişdir. 100-dәn çox elmi әsәrin müәllifidir. 2000 ildәn “Qafqazın stomatoloji yeniliklәri” jurnalının tәsisçisi vә baş redaktoru, eyni zamanda Azәrb. Resp.-nın baş uşaq stomatoloqudur.