ƏLİYEVA Ruxsarә Hәmdulla qızı (d.3.6.1934, Bakı) – Azәrb. tibb alimi, gigiyenist. Tibb e.d. (1992), prof. (2007). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb.Tibb Un-tini) bitirmişdir (1959). 1963 ildәn Azәrb. Resp. Sәhiyyә Nazirliyinin Əmәk Gigiyenası vә Peşә Xәstәliklәri Elmi Tәdqiqat İn-tunda (1969–88 illәrdә elmi işlәr üzrә direktor müavini), 1988–94 illәrdә Sәhiyyә Nazirliyinin Milli Elmi Tәdqiqat Tibbi Profilaktika İn-tunda baş elmi işçi işlәmişdir. 1994 ildәn Azәrb. Tibb Un-tinin uşaq vә yeniyetmәlәr gigiyenası vә әmәk gigiyenası kafedrasının prof.-dur. Tәdqiqatları, әsasәn, boru prokatı, polimer materiallar, neft-kimya z-dlarında әmәk şәraitinin vә peşә xәstәliklәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 300-dәn çox elmi әsәrin müәllifidir.
Ə s ә r l ә r i: Некоторые aспекты гигиены труда и охраны здоровья нефтяников Азербайджана (T.M.Nәbiyev, A.İ.Zamçalovla birgә). Б., 1997; Neft bitumu istehsalında әmәk tәbabәti (C.Y.Salihova, A.M.Mәmmәdovla birgә). B.,2017.