ƏLİYEVA Sevil Heydәr qızı (d. 12.10.1955, Bakı) – ictimai xadim, şәrqşünas, bәstәkar. Tarix e.n. (1981). H.Ə.Əliyevin qızıdır. Azәrb. Dövlәt Un-tinin (indiki BDU) şәrqşünaslıq fakültәsinin әrәb filologiyası şöbәsini (1977) vә Moskvada SSRİ EA Şәrqşünaslıq İn-tunun aspiranturasını (1980) bitirmişdir. 1981–86 illәrdә hәmin in-tun elmi işçisi olmuş, eyni zamanda musiqi tәhsilini tәkmillәşdirmişdir. 1986 ildәn bәstәkarlıq fәaliyyәti göstәrir; bir sıra musiqi әsәrlәrinin vә 20-ә yaxın filmin bәstәkarıdır. Ə. 1990-cı illәrin birinci yarısından hәm dә ictimai xadim kimi müstәqil Azәrb.-da qadın hәrәkatının tәşkilatçılarından biri olmuşdur. “Sevil” Azәrb. Qadınlar Mәclisinin sәdridir (1995); Azәrb. Resp.-nın 1995 il iyunun 30-da “Qadınlara münasibәtdә ayrı-seçkiliyin bütün formalarının lәğv olunması haqqında” BMT konvensiyasına qoşulmasında, Azәrb. Resp. Prezidentinin “Azәrbaycan Respublikasının Qadın Problemlәri üzrә Dövlәt Komitәsinin yaradılması haqqında” 14 yanvar 1998 il vә “Azәrbaycan Respublikasında dövlәt qadın siyasәtinin hәyata keçirilmәsi haqqında” 6 mart 2000 il tarixli fәrmanlarının uğurla hәyata keçirilmәsi üçün tәdbirlәrin işlәnib-hazırlanmasında, müstәqil Azәrb. Resp. Qadınlarının I qurultayının (1998, 25 sentyabr) uğurla keçirilmәsindә Ə.-nın xidmәtlәri var. SPACE Müstәqil Teleradio Şirkәtinin qurucusu (1997), “SOS” uşaq kәndlәri – Azәrbaycan assosiasiyası”nın (1999, 16 iyul) fәxri prezidentidir. İngiltәrә–Azәrb. ictimai-mәdәni әlaqәlәrinin genişlәndirilmәsindә xidmәtlәri var. 2011 ildә Moskvada H.Əliyev vә Z.Əliyevanın xatirәsinә hәsr olunmuş “Zeqaleri of Sevil” musiqi albomunun tәqdimatı olmuşdur.