ƏLİYEVA Sevinc İsrafil qızı (d.19.5.1976, RF, Krasnodar diyarı, Armavir ş.) – Azәrb. tarixçisi, tarix üzrә e.d. (2015). RF-nin Armavir Pedaqoji İn-tunu bitirmişdir (1998). Hәmin in-tda müәllim (1998–2001), 2004 ildәn AMEA A.A.Bakıxanov ad. Tarix İn-tunda elmi işçi, aparıcı elmi işçi vәzifәlәrindә çalışmış, 2015 ildәn “Azәrbaycan–Rusiya münasibәtlәrinin tarixi” şöbәsinin müdiridir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Азербайджан и народы Северного Кавказа (XVIII – начало XXI вв). Б., 2010; Ногайские тюрки. Б., 2010; Взаимоотношения Азербайджана и народов Северного Кавказа (XIX – начало XX вв.). Б., 2015.