ƏLİYEVA Sәyyarә Qulam qızı (d.30.8.1949, Bakı) – kimya texnologiyası sahәsindә Azәrb. alimi, texnika üzrә e.d. (2010). Azәrb. Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir (1972). AMEA-nın Y.H.Mәmmәd әliyev ad. Neft-Kimya Proseslәri İn-tunda әmәk fәaliyyәtinә başlamış, müxtәlif vәzifәlәrdә çalışmışdır. 2009 ildәn laboratoriya müdiridir. Tәdqiqatları reaktiv vә dizel yanacaqlarının alınması texnologi yalarına aiddir. 90-dan çox elmi әsәrin müәllifidir. Beynәlxalq elmi konqres vә konfranslarda mәruzә ilә çıxış etmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.