ƏLİYEVA Şәhla Qasım qızı (d.29.6.1960, Ermәnistan SSR, Masis r-nu) – Azәrb. pedaqoqu, pedaqogika üzrә e.d. (2015). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1985). ADPU-da müәllim (1993–96), baş müәllim (1996–97), dekan müavini (1996–97), dosent (2001–11), dekan (1998–2001 vә 2011 ildәn) olmuşdur. Tәdqiqatları mәktәbәqәdәr tәhsilin aktual problemlәrinә hәsr olunmuşdur. 80-ә qәdәr elmi әsәrin, o cümlәdәn monoqrafiyanın, bir neçә dәrslik vә tәdris vәsaitinin müәllifidir.