ƏLİYEVA Tamara Abbas qızı (1.1.1928, indiki Tәrtәr r-nunun Bәrgüşad k. – 29.6.2000, Bakı) – Azәrb. cәrrahı. Tibb e.d. (1965), prof. (1967). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1947). Torakal cәrrahlıq sahәsindә ilk azәrb. qadın alimdir. Azәrb. Dövlәt Tibb İn-tunun operativ cәrrahlıq vә topoqrafik anatomiya kafedrasında (1967–75 illәrdә müdir), travmatologiya kafedrasında prof. (1975–79), 1-ci cәrrahi xәstәliklәr kafedrasında prof. (1980–2000) işlәmişdir. Tәdqiqatları, әsasәn, ağ ciyәr vә tәnәffüs borusunun xoş vә bәdxassәli şişlәrinin öyrәnilmәsinә hәsr edilmişdir.
Ə s ә r l ә r i: Рак легкого (B. K.Osipovla birgә). M., 1959; Döyüş meydanlarında yaralananlara ilk tibbi yardım. B., 1995.