ƏLİYEVA Tamuris Nağı qızı (19.2.1928, Bakı – 4.2.2008, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (1985), prof. (1986). Azәrb. Dövlәt Un-tini (1951) vә Azәrb. Pedaqoji Xarici Dillәr İn-tunu (1953) bitirmişdir. Əmәk fәaliyyәtinә ingilis dili müәllimi kimi başlamış (1949), Azәrb. Sәnaye İn-tunda rus dilini tәdris etmiş, Azәrb. Dövlәt Pedaqoji İn-tunda kafedra müdiri (1966–2007) işlәmişdir. 120-dәn çox elmi әsәrin müәllifi, ali mәk tәblәr üçün rus dili dәrsliyinin hәm müәllifidir.