ƏLİYEVA Ülkәr Sabir qızı (d.17.4.1974, Bakı) – Azәrb. musiqişünası. Sәnәtşünaslıq doktoru (2011). Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1995). 2002 ildәn Azәrb. Milli Konservatoriyasında ümumi fortepiano, eyni zamanda musiqinin tarixi vә nәzәriyyәsi kafedralarında çalışır. 2004 ildәn baş müәllim, 2006 ildәn dosent әvәzidir. 500-dәn çox elmi-publisistik әsәrin müәllifidir.
Ə s ә r l ә r i: Слово о музыке. B., 2003; Межартическое соотношение: музыка и изобразительное искусство. B., 2009; Изобразительность в музыке: сущность, специфика и классификация музыкальной картинности. Hamburq, 2012.