ƏLİYEVA-KƏNGƏRLİ Aybәniz İbrahim qızı (d.6. 6.1946, Nax. MR, Şәrur) – Azәrb. әdәbiyyatşünası, filologiya e.d. (2010). Azәrb. Dövlәt Un-tinin kitabxanaçılıq fakültәsini bitirmişdir (1968). N.Gәncәvi ad. Azәrb. Ədәbiyyatı Muzeyindә kitabxana müdiri (1968–2002), AMEA Mәrkәzi Elmi Kitabxanasının direktoru (2002–14) vәzifәlәrindә işlәmişdir. 2015 ildәn AMEA M.Füzuli ad. Əlyazmalar İn-tunun elmi işlәr üzrә direktor müavini, hәmin in-tun “Elmi әsәrlәr”inin baş redaktorudur. Əsas tәdqiqatları kitabxanaşünaslıq, biblioqra fiyaşünaslıq, kitabşünaslıq vә әdәbiyyatşünaslığın aktual problemlәrinә hәsr olun muşdur. 170-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.