ƏLİYEVA-KƏNGƏRLİ Gülşәn Teymur qızı (d.16.5.1970, Şәrur ) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2009). Azәrb. Dövlәt İncәsәnәt İn-tunun mәdәni-maarif fakültәsini bitirmişdir (1993). AMEA Milli Azәrb. Tarixi Muzeyindә (1987–89), N.Gәncәvi ad. Milli Azәrb. Ədәbiyyatı Muzeyindә işlәmişdir (1989–2005). 2005–12 illәrdә Azәrb. Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Un-tinin әdәbiyyat vә Azәrbaycan dili kafedrasının müdiri olmuş, 2012 ildәn hәmin un-tdә tәrbiyә işlәri üzrә prorektordur. Əsas elmi tәdqiqatları klassik Azәrb. әdәbiyyatına, nәzәri poetikanın aktual problemlәrinә hәsr olunmuşdur. 200-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiya vә dәrsliyin müәllifidir.