ƏLİZADƏ Adilә Vәli qızı (15.7.1927, Gәncә – 13.6.1997, Gәncә) – Azәrb. botaniki, alim-aqronom. Biologiya e.d. (1981), prof. (1988). K.A.Timiryazev ad. Kәnd Tәsәrrüfatı Akademiyasını bitirmişdir (1959). Azәrb. Elmi Tәdqiqat Genetika vә Seleksiya İn-tunda baş elmi işçi (1965–67), laboratoriya müdiri (1974–90) işlәmişdir. 1990 ildәn Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunda botanika kafedrasında müdir vәzifәsindә çalışmış, elmi tәdqiqat problem laboratoriyasının әsasını qoymuşdur. Tәdqiqatları tetraploid buğda növlәrinin botaniki müxtәlifliyi, onların seleksiyada tәtbiqi formalarının öyrәnilmәsinә aiddir. Ə. müxtәlif başlanğıc materiallardan istifadә olunmaqla yeni mәhsuldar hibrid vә sortların yaradılmasında iştirak etmişdir. 100-әdәk elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.