ƏLİZADƏ Ağasәmәd Əbdülhüseyn oğlu (8.3.1909, Şamaxı – 20.11.1990, Bakı) –energetika sahәsindә Azәrb. alimi, texnika e.d. (1948), prof. (1949), Azәrb. SSR EA m. üzvü (1968). 1945– 48 illәrdә Azәrb. SSR Xarici İşlәr nazirinin müavini vәzifәsindә işlәmişdir. 1954 –58 illәrdә Azәrb. Politexnik İn-tunda elektrotexnika kafedrasının müdiri, 1958–62 illәrdә İ.Yesman ad. Azәrb. Elmi Tәdqiqat Energetika İn-tunda şöbә müdiri, 1962–80 illәrdә hәmin in-tun direktoru vәzifәlәrindә çalışmışdır. Əsas elmi işlәri ildırım hadisәlәrinә vә ondan mühafizәnin öyrәnilmәsinә hәsr edilmişdir. Ə. resp.-nın su vә külәk enerjisi ehtiyatlarının tәdqiqatını aparmışdır. 140-dan çox elmi әsәrin, o cümlәdәn 4 monoqrafiyanın müәllifidir. 2 Qırmızı Əmәk Bayrağı ordeni vә medallarla tәltif edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Механизм развития молнии и методы её изучения. Б., 1940; Azәrbaycanın hidroenerji resursları. B., 1961; Azәrbaycanın külәk enerji resursları. B., 1966.