ƏLİZADƏ Akif Ağamehdi oğlu (d.25.2.1934, Bakı) – Azәrb. geoloqu, geologiyamineralogiya e.d. (1969), AMEA akad. (1989; m. üzv 1980), Azәrb. Resp. Dövlәt mükafatı laureatı (1991), Azәrb. Resp.-nın әmәkdar elm xadimi (1991), AMEA prezidenti (2013; vitseprezident 2007 ildәn). Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadәnin nәvәsidir. 1956 il-dә Azәrb. Sәnaye İn-tunun (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Un-ti) geoloji-kәşfiyyat fakültәsini bitirmişdir. “Orconikidzeneft”in (indiki “Suraxanıneft”) 9-cu mәdәnindә texnik (1956–57), Azәrb. SSR EAnın Geologiya İn-tunda kiçik elmi işçi (1958–63), böyük elmi işçi (1963–70), elmi işlәr üzrә direktor müavini (1970–76) vә Yer elmlәri bölmәsinin akad.-katibi (1990 –2007) işlәmişdir. 1976 ildәn Azәrb. EA Geologiya İn-tunun (indiki AMEA Geologiya vә Geofizika İn-tu) direktorudur. Tәdqiqatları Azәrb.-ın paleontologiyası vә Tәbaşir çöküntülәrinin stratiqrafiyası üzrәdir. Azәrb.-nın Tәbaşir çöküntülәrinin belemnit faunasını tәdqiq etmiş, onların tәsnifatını vә filogeniyasını vermişdir. Aralıq dәnizi Tәbaşir hövzәlәrinin paleocoğrafiyasının rayonlaşdırılması prinsipini işlәyib hazırlamış, paleoekologiya vә paleontologiya, tәkamül biogeokimyası vә geoekologiyası sahәsindә tәdqiqatlar aparmışdır. İlk dәfә olaraq izotop paleotermometriya üsulu ilә Azәrb.-ın Tәbaşir hövzәlәri üçün paleotemperatur qiymәtlәrini tәyin etmişdir. 250-dәn çox elmi әsәrin, o cümlәdәn 7 monoqrafiyanın müәllifidir. Azәrb. Resp. Prezidenti yanında Bilik fondunun Himayәçilik Şürasının sәdri, Azәrb. geoloqlarının Milli Komitәsinin prezidenti, Rusiya Paleontologiya Cәmiyyәtinin hәqiqi üzvü, Regional İdarәlәrarası Stratiqrafiya Komitәsinin sәdri, AMEA “Xәbәrlәr” Yer elmlәri seriyası jurnalının vә “Azәrbaycan geologiyası” çoxcildliyinin baş redaktorudur. “Şәrәf nişanı” ordeni), Azәrb. Resp.-nın “Şöhrәt”, “Şәrәf”, “İstiqlal” ordenlәri vә bir sıra medallarla tәltif olunmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Меловые белемниты Азербайджана. М., 1972; Палеобиогеохимические и палеоэкологические исследования беспозвоночных (белемниты, фораминиферы) Азербайджана и Западной Сибири (M.M.Əliyev, S.A.Əliyev, V.M.Mazurla birlikdә). Б., 1979; Основные черты палеогеографии, геодинамики, нефтегазоносности, металлогении и геоэкологии Центральной Евразии. Б., 2002; Azәrbaycan mineralları. Ensiklopediya (M.İ.Çıraqov, S.F.Vәlizadә, H.A.Vәliyevlә birlikdә). B., 2008; Geologiya İnstitutu Azәrbaycanın müstәqilliyinin 20 ili әrzindә. B., 2011.