ƏLİZADƏ Anar Nadir oğlu (23.9.1951, Bakı – 19.4.2012, Bakı) – mexanika sahәsindә Azәrb. alimi, fizika-riyaziyyat e.d. (1988), prof. (1991), AMEA-nın m. üzvü (2007). Moskva Dövlәt Un-tini bitirmişdir (1974). 1974 –78 illәrdә Qazın Emalı vә Nәqli üzrә Ümumittifaq Elmi Tәdqiqat vә Layihәlәndirmә İn-tunda fәaliyyәt göstәrmiş, 1978–1990 illәrdә Azәrb. SSR EA Riyaziyyat vә Mexanika İn-tunun xüsusi konstruktor bürosunda baş konstruktor, 1990– 2000 illәrdә BDU-nun nәzәri mexanika kafedrasında prof., 2000 ildәn AzTU-nun elm vә texnika üzrә prorektoru vә riyaziyyat kafedrasının müdiri, 2010 ildәn Azәrb. Dövlәt Dәniz Akademiyasında elmi işlәr vә beynәlxalq әlaqәlәr üzrә prorektor işlәmişdir. Tәdqiqatları qurğuların dinamikası sahәsindә dayanıqlığın, qabarmanın tәyin olunmasına, dinamik vә statik yüklәnmә zamanı bircins olmayan özlü elastiki konstruksiya elementlәrinin parametrik rәqslәrinin tәdqiqinә, örtüklәr nәzәriyyәsinin S.P.Timoşenko tipli bir neçә dәqiqlәşdirilmiş modelinin yaradılmasına, qrunt mexanikası sahәsindә qruntların hesabatı üçün “bütöv qrunt” anlayışının daxil edilmәsinә vә Vinkler ümumilәşdirilmiş modelinin alınmasına aiddir. 100-dәn çox elmi әsәrin vә 1 monoqrafiyanın müәllifidir.
Əsәri: Вариационные принципы динамики тонкостенных конструкций. Б., 1997.