ƏLİZADƏ Aydın Arif oğlu (d.21.10.1963, Bakı ) – Azәrb. filosofu, fәlsәfә e.d. (2009). Azәrb. İnşaat Mühәndislәri İn-tunu (indiki AMİU) bitirmişdir (1988). 2003 ildәn AMEA-nın Fәlsәfә İn-tunda çalışır. Hazırda hәmin in-tun “Dinşünaslıq vә mәdәniyyәtin fәlsәfәsi problemlәri” şöbәsinin müdir müavinidir. Elmi fәaliyyәti, әsasәn, dinşünaslıq, fәlsәfә tarixi vә kulturologiya sahәsinә aiddir. Bir neçә monoqrafiya vә kitabın, 40-a yaxın elmi әsәrin müәllifidir.
Əsәrlәri: Библия и коран. Б., 2002; Хроника мусульманских государств I–VII веков хиджры. М., 2004; Исламская апологетика. Ответы критикам Ислама. Б., 2007; Божественная и земная власть в Исламе. М., 2013.