ƏLİZADƏ Çingiz Əliağa oğlu (d.3.7. 1951, Bakı) – Azәrb. travmatoloqu. Tibb e.d. (2003), prof. (2006). Ə.M.Əlizadәnin oğlu. Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1974). 1978 ildәn Azәrb. Elmi Tәdqiqat Travmatologiya vә Ortopediya İn-tunda kiçik elmi işçi, baş elmi işçi, 1993 ildә irinli travmatologiya şöbәsinin elmi rәhbәri işlәmiş, 1994 ildәn sümük patologiyası vә irinli travmatologiya şöbәsinin baş elmi işçisidir. Tәdqiqatları osteomielitin cәrrahi müalicәsi vә residivlәrin profilaktikası, kibernetika texnologiyasının travmatologiyada vә ortopediyada tәtbiqi, diabetik pәncә oynaqlarının rekonstruksiya әmәliyyatı problemlәrinә hәsr edilmişdir. 180-dәn çox elmi әsәrin müәllifidir.