ƏLİZADƏ Elbrus Kәrim oğlu (d.4.3.1957, Ağdaş r-nunun Birinci Aral qәs. – 29. 12.2016, Bakı) – Azәrb. coğrafiyaçısı, coğrafiya e.d. (2004), prof. (2014), AMEA-nın m. üzvü (2014). Azәrb. Resp. Dövlәt mükafatı laureatı (2016). 1979 ildә Azәrb. Dövlәt Un-tini bitirmişdir. 1979 –2003 illәrdә AMEA Coğrafiya İn-tunda baş laborant, mühәndis, kiçik elmi işçi, aparıcı elmi işçi, 2006–11 illәrdә baş elmi işçi, 2012 ildәn şöbә müdiri vәzifәsindә işlәmişdir. 2013 ildәn H.Ə.Əliyev ad. Coğrafiya İn-tunda elmi işlәr üzrә direktor müavini olmuşdur. Tәdqiqatları Azәrb.-nın dağlıq әrazilәrinin morfostruktur quruluşunun deşifrәlәnmiş kosmik materiallar әsasında tәhlili probleminә, kosmik şәkillәrin struktur-geomorfoloji deşifrәlәnmә metodlarının işlәnilmәsinә, geomorfoloji risklәrin qiymәtlәndirilmәsinә, geodinamik-gәrgin әrazilәrin öyrәnilmәsinә, Böyük vә Kiçik Qafqaz d-rının, geol. sistemlәrinin ekogeomorfoloji tәdqiqinә, müasir dağ ekogeokomplekslәrinin formalaşmasına kompleks endo-ekzodinamiki amillәrin tәsir dәrәcәsinin müәyyәn edilmәsinә hәsr olunmuşdur. Ə. tәrәfindәn “Azәrbaycanın morfostruktur xәritәsi” (miqyas 1:500000) tәrtib edilmişdir. 200-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Морфоструктурное строение горных сооружений Азербайджана и сопредельных территорий. Б., 1998; Экзоморфодинамика рельефа гор и ее оценка (на примере северо-восточного склона Большого Кавказа). Б., 2010.