ƏLİZADƏ Əbdülkәrim Əli oğlu (11.1. 1906, Bakı yaxınlığındakı Bilgәh k. – 3.12.1979, Bakı) – Azәrb. tarixçisi, şәrqşünas. Tarix e.d. (1954), Azәrb. SSR EA akad. (1955), Azәrb. SSR әmәkdar elm xadimi (1960), Azәrb. SSR Dövlәt mükafatı laureatı (1978). Leninqrad Şәrq İn-tunu bitirmişdir (1930). SSRİ EA Şәrqşünaslıq İntunda (1935–38), eyni zamanda Leninqrad Şәrq İn-tunda (1936–38) vә Leninqrad Dövlәt Un-tindә (1938–39) işlәmişdir. Ə. 1941–63 illәrdә SSRİ EA Azәrb. Filialının Tarix İn-tunda baş elmi işçi, direktor, Tarix vә Fәlsәfә İntunun qәdim vә orta әsrlәr tarixi şöbәsinin rәhbәri, Azәrb. SSR EA İctimai elmlәr bölmәsinin akad.-katibi, Azәrb. SSR EA Şәrqşünaslıq İn-tunun mәtnşünaslıq vә mәxәzlәri çapahazırlama şöbәsinin rәhbәri, Azәrb. Sovet Ensiklopediyası Baş redaksiya heyәtinin üzvü olmuşdur. Ə., әsasәn, Azәrb.-ın vә qonşu Yaxın Şәrq ölkәlәrinin Sәlcuqilәr vә monqollar dövrü tarixinin tәdqiqatçısıdır. Nizaminin “İsgәndәrnamә” әsәrinin “Şәrәfnamә” hissәsinin elmi-tәnqidi mәtnini hazırladığı üçün 1948 ildә Ə.-yә (red. Y.E.Bertelslә birlikdә) SSRİ Dövlәt mükafatı verilmişdir. Nizaminin “Mәxzәn ül-әsrar” (“Sirlәr xәzinәsi”; 1960), Rәşidәddinin “Cami әt-tәvarix” (1957, 1965, 1968; 3-cü cildin tam, 1-ci vә 2-ci cildlәrin müәyyәn hissәlәrini), Mәhәmmәd ibn Hinduşah Naxçıvaninin “Dәstur әl-katib fi tәyin әl-mәratib” (“Dәrәcәlәrin tәyin edilmәsindә katiblәr üçün göstәriş”; 2 cilddә 3 kitab; 1964, 1971, 1977) әsәrlәrinin elmi-tәnqidi mәtnini hazırlamış, A.A.Bakıxanovun “Gülüstani-İrәm” (1970) әsәrinin elmi-tәnqidi mәtninin hazırlanmasında iştirak etmiş vә redaktoru olmuşdur. Əsәrlәri ingilis, alman, әrәb, türk, fars vә s. dillәrdә dә çapdan çıxmışdır. “Qırmızı Əmәk Bayrağı”, “Şәrәf nişanı” ordenlәri ilә mükafatlandırılmışdır.
Əsәri: Социально-экономическая и политическая история Азербайджана XIII–XIV вв. Б., 1956.