ƏLİZADƏ Əliağa Mәmmәd oğlu (16.10. 1915, Dәvәçi, indiki Şabran – 29.10.1976, Bakı) – Azәrb. cәrrahı. Tibb e.d. (1965), prof. (1967). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1939). 1941 ildәn Böyük Vәtәn müharibәsi zamanı cәbhәdә cәrrah kimi fәaliyyәt göstәrmişdir. 1946 ildәn ömrünün sonuna qәdәr Azәrb. Dövlәt Tibb İntunun uşaq cәrrahlığı kafedrasında assistent, dosent, prof., müdir (1970–76), eyni zamanda 1973–76 illәrdә in-tun tәdris işlәri üzrә prorektoru işlәmişdir. Tәdqiqatları uşaqlarda skeletin bәzi cәrrahi xәstәliklәri zamanı qan plazmasında gedәn dәyişikliklәrin öyrәnilmәsinә hәsr edilmişdir. 1964–76 illәrdә Azәrb. SSR Sәhiyyә Nazirliyinin Baş uşaq cәrrahı olmuşdur. 100-dәn çox elmi әsәrin müәllifidir. Ə. 1968 ildә Azәrb. dilindә çap olun-muş ilk “Uşaq cәrrahlığı” dәrsliyinin müәllifidir.