ƏLİZADƏ Əzizmәmmәd Nuru oğlu (1.12. 1923, Bakı – 7.1.1978, Bakı) – Böyük Vәtәn müharibәsinin iştirakçısı, mayor. Buynaksk hәrbi piyada mәktәbini bitirmiş (1942), 416-cı Azәrbaycan diviziyasında vzvod, rota komandiri olmuşdur. Müharibә qurtardıqdan sonra Berlindә İmperiya dәftәrxanasının ilk komendantı idi. 1947 ildә ordudan tәxris olunmuş, 1951–54 illәrdә yenidәn hәrbi xidmәtә qayıtmışdır. 1947– 51, 1954–65 illәrdә ticarәt sistemindә, 1965–77 illәrdә resp. Orduya, Aviasiyaya vә Donanmaya Könüllü Yardım Cәmiyyәtindә işlәmişdir. 1 vә 2-ci dәrәcәli Vәtәn müharibәsi, “Qırmızı Ulduz” ordenlәri ilә tәltif edilmişdir.