ƏLİZADƏ Firәngiz Əliağa qızı (d.28.5. 1947, Bakı) – Azәrb. bәstәkarı, pianoçu, musiqişünas, pedaqoq. Azәrb. Resp. xalq artisti (2000). Azәrb. Resp. әmәkdar incәsәnәt xadimi (1990). AMEA-nın m.üzvü (2017). Azәrb. Dövlәt Konservatoriyasını (1970, U.Xәlilovun fp. sinfini; 1972, Q.Qarayevin bәstәkarlıq sinfini) bitirmişdir. Əsәrlәri: fp. sonatası (1970), fp. ilә ork. üçün konsert (1972), simli kvartet (1974), simfoniya (1976), “Vәtәn haqqında nәğmәlәr” oratoriyası (1978, N.Xәzrinin sözlәrinә), violonçel ilә fp. üçün “Habilsayağı” (1979), orqan üçün fantaziya (1982), “Ağ atlı haqqında әfsanә” rok-operası (1985), “Üç akvarel” vokal silsilәsi (1987, N.Rәfibәylinin sözlәrinә), simli kvartet üçün “Dilogiya-1” (1988), “Dilogiya-2” (1989), “Boş beşik” (1993) baleti, simli kvartet, zәrb alәtlәri vә sintezator üçün “Muğamsayağı” (1993), N.Hikmәtin sözlәrinә bariton, xor vә kamera ansamblı üçün “Ölümsüzlüyә sәyahәt” oratoriyası (1997), “İpәk yolu” silsilәsi: ud vә kamera ansamblı üçün “İlğım” (1998), simli kvartet vә maqnit yazısı üçün “Oazis” (1999), zәrb alәtlәri vә orkestr üçün konsert (1999), violonçel, violin, xalq çalğı alәtlәri üçün septet “Dәrviş” (2000, Nәsiminin sözlәrinә), fp. vә simli kvartet üçün “Abşeron” kvinteti (2001), violonçel üçün “Oyan!” (2005, M.Rostropoviçә hәsr olunmuşdur); “İntizar” (2007), “Qarabağnamә” (2007), “Sәnin adın dәnizdir” (2011) operaları, kinofilmlәrә musiqi vә s. Ə. bir çox müasir musiqi festivallarında (İtaliya, İsveç, Qәrbi Berlin, Meksika, ABŞ, İngiltәrә, Hollandiya) iştirak etmişdir. 20 әsr bәstәkarlarından P.Hindemit, A.Şönberq, A.Berq, O.Messian, C.C.Keyc, A.Şnitke, S.Qubaydulina, Y.Denisov, V.Silvestrov vә b.-nın әsәrlәrini, hәmçinin öz әsәrlәrini Azәrb.-da vә xaricdә ilk dәfә Ə. ifa etmişdir (fortepiano). Əsәrlәri dünyanın bir çox mәşhur musiqi ifaçıları (Yo-Yo-Ma, E.Qlenni, X.Hann, İ.Monigetti) vә musiqi kollektivlәri Kronos Quartet (San-Fransisko), Collegium Novum (Sürix), Berliner Flarmoniker, Amsterdam Royal Gebau tәrәfindәn sәslәndirilmişdir. 1976 ildәn Azәrb. Dövlәt Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dәrs deyir (1990 ildәn prof.). “Azәrbaycan bәstәkarlarının orkestr üslubu” metodik vәsaitlәrinin (1991), “Qara Qarayev” (1997), “Azәrbaycanın simfonik musiqisi” (1998) kitablarının müәllifidir. Azәrb. Bәstәkarlar İttifaqı İdarә Heyәtinin katibi (1990 –2007) olmuş, 2007 ildәn sәdridir. Azәrb. Resp.-nın “Şöhrәt”, “Şәrәf” ordenlәri ilә tәltif edilmişdir. YUNESKO-nun “Sülh artisti” (2008) fәxri adına layiq görülmüşdür.
Ялизадя Ф. “Интизар” операсындан сящня.
Азярбайъан Дювлят Опера вя Балет Театры. 2007.