ƏLİZADƏ Hikmәt Əbdül oğlu (d.1.9. 1956, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (1996), prof. (1998). Ə.Ə.Əlizadәnin oğludur. Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1978). Orta mәktәbdә müәllim (1978–80), Azәrb. Dövlәt Un-tinin (indiki BDU) pedaqogika kafedrasında müәllim, dosent vә prof. (1983 ildәn) işlәmiş, 2006 ildәn dekandır. Tәdqiqatları demoqrafik amillәrin şagird şәxsiyyәtinin formalaşmasına tәsirinin öyrәnilmәsinә hәsr edilmişdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn “Tәrbiyәnin demoqrafik problemlәri” kitabının müәllifi, bir neçә dәrslik vә dәrs vәsaitinin hәmmüәllifidir.