ƏLİZADƏ İlqar Qulamәli oğlu (d.5.3. 1957, Bakı) – Azәrb. tibb alimi, kardioloq. Tibb e.d. (1996), prof. (2003), Azәrb. Resp.-nın Əmәkdar hәkimi (2002), tibb xidmәti polkovniki. Azәrb. Dövlәt Tibb İntunu bitirmişdir (1980). Azәrb. SSR Daxili İşlәr Nazirliyinin hospitalında hәkim (1985–88), kardiologiya şöbәsinin rәisi (1988 ildәn) vә eyni zamanda (2000 ildәn) Bakı Slavyan Un-tinin tibbi biliklәrin әsasları vә mülki müdafiә kafedrasında (2007 ildәn müdir) işlәyir. Tәdqiqatları, әsasәn, hipertoniya xәstәliyinin dәrman müalicәsinә vә ekstrakorporal müalicә üsullarının tәkmillәşdirilmәsinә hәsr edilmişdir. 260-dan çox elmi әsәrin, o cümlәdәn 12 monoqrafiyanın müәllifidir.