ƏLİZADƏ İslam Qafar oğlu (10.6.1910, İrәvan – 4.6.1974, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1965), prof. (1969). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1935). Azәrb. Dövlәt Un-tindә baş müәllim, dosent (1942), aspirantura şöbәsinin müdiri, elmi işlәr üzrә prorektorun kömәkçisi (1945– 46), dekan (1947–52) işlәmişdir. Azәrb. Dövlәt Tibb İn-tunda dosent (1952– 54), Azәrb. Dövlәt Un-tindә kafedra müdiri (1954–60), dosent vә prof. (1960–74) vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları qlikolların müvafiq dihalogen efirlәrinin sintezi, onların çevrilmәlәri vә biol. fәallığının tәdqiqi sahәsindәdir. 100-әdәk elmi әsәrin müәllifidir.