ƏLİZADƏ Qambay Əsgәr oğlu (20.10. 1899, Gәncә – 7.2.1990, Bakı) – Azәrb. geoloqu, paleontoloq vә stratiqraf. Geologiya-mineralogiya e.d. (1945), prof. (1942), Azәrb. SSR EA-nın akad. (1962; m. üzvü 1955). Azәrb. SSR әmәkdar elm xadimi (1943). Azәrb. Politexnik İn-tunu bitirmişdir. Sәnaye İn-tunda (indiki AzәDövlәt Neft vә Sәnaye Un-ti) kafedra müdiri (1932–60), Azәrb. Elmi Tәdqiqat Neft İntunda böyük elmi işçi (1930–41), Azәrb. SSR EA İ.M.Qubkin ad. Geologiya İn-tunun direktoru (1943– 45), 1941–90 illәrdә şöbә müdiri işlәmişdir. Azәrb.-nın geol. quruluşundakı Kaynozoy çöküntülәrinin fauna vә florasını müәyyәn etmiş vә onun mәlumatları әsasında Kaynozoy çöküntülәrinin (Kiçik Qafqazın şm.-ş. әtәklәri, Talış d-rı, Nax. MR vә s. yerlәrdә) stratiqrafik şkalası paleontoloji dәlillәrlә tәrtib olunmuşdur. Naftalan, Şәrqi Gürcüstan, Yevlax sahәlәrinin geol. xәritәlәrinin tәrtibindә, Qәrbi vә Şәrqi Abşeronun neftli Mәhsuldar qat çöküntülәrinin korrelyasiyasında iştirak etmişdir. İlk paleontologiya-stratiqrafiya terminlәri lüğәtini hazırlamışdır. “Azәrbaycanın geologiyası” adlı çoxcildlik monoqrafiyanın müәlliflәrindәndir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur. Pedaqoji fәaliyyәt göstәrmişdir. Azәrb. Paleontologiya Cәmiyyәtinin sәdri (1957) vә Ümumittifaq Paleontologiya Cәmiyyәtinin fәxri üzvü (1963) seçilmişdir. SSRİ-nin elm tarixi Ümumittifaq Milli Komitәsinin üzvü olmuşdur. “Qırmızı Əmәk Bayrağı”, “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
Əsәrlәri: Терминология по геологии. Б., 1935; Акчагылский ярус Азербайджана. Б., 1952; Палеонтология (digәr müәlliflәrlә birlikdә). Б., 1952; Олигоценовые отложения восточной части Малого Кавказа. Б., 1968; Палеогеновая и неогеновая система. Геология ССР, т. 47. Азербайджанская ССР (digәr müәlliflәrlә birlikdә). М., 1972.