ƏLİZADƏ Qәzәnfәr Mәdәt oğlu (1910, Cәnubi Azәrb., Sәrab ş.-nin Hiriz k. – 23.1.1994, Bakı) – Azәrb. memarı. Memarlıq doktoru (1965), prof. (1970). Azәrb. SSR әmәkdar inşaatçısı (1960). Azәrb. Politexnik İn-tunda (1928–32) vә SSRİ Memarlıq Akademiyasında (1937–40) oxumuş, A.V.Şusev vә İ.V.Joltovskidәn dәrs almışdır. Əsas işlәri: Azәrb. Dövlәt Dram Teatrı (1960, M.Mәdәtovun iştirakı ilә) vә “Azәrbaycanfilm” kinostudiyasının (1960) binaları, Zuğulbada sanatoriya-pansionat kompleksi, Bakının Füzuli küçәsindә doqquzmәrtәbәli yaşayış evi (1965, 1967, hәr ikisi Mәdәtovla birgә) vә s. Y.İsmayılov vә M.Mәdәtovun iştirakı ilә onun hazırladığı “Azәrbaycan” üzlәmә tavaları konstruksiyası inşaatda geniş tәtbiq edilmişdir. Ə.-nin qәdim memarlıq abidәlәrini әks etdirәn akvarellәri, portret vә qrafika әsәrlәri var. Əsas elmi tәdqiqatları memarlığın nәzәri problemlәrinә aiddir. 1969 ildәn Azәrb. Politexnik İn-tunda (1975 ildәn Azәrb. İnşaat Mühәndislәri İn-tunda) memarlıq-layihәlәmә kafedrasının müdiri olmuşdur.
Əsәrlәri: Ortoqonal proyeksiyalarda kölgә. B., 1935; Memarlıq nәzәriyyәsi vә Azәrbaycanda tikinti tәcrübәsi. B., 1986; Народное зодчество Азербайджана и его прогрессивные традиции. Б., 1963.