ƏLİZADƏ Mәmmәd Mübariz Əli oğlu (23.12.1911, Cәnubi Azәrb., Tәbriz yaxınlığındakı Xamnә qәs. – 9.4.1994, Bakı) – Azәrb. şәrqşünası, şair, tәrcümәçi. Filologiya e.d. (1969), prof. (1970), Azәrb. SSR әmәkdar elm xadimi (1981). 1928 ildә Araz çayını keçәrәk Naxçıvana gәlmişdir. Zaqafqaziya Kommunist Un-tinin partiya jurnalistikası fakültәsini bitirmişdir. 1933– 35 illәrdә Erm. SSR-dә mәtbuat vә maarif sahәsindә çalışmışdır. 1935 ildә Bakıya köçәn Ə. SSRİ EA-nın Azәrb. filialında elmi işçi, Azәrb. Dövlәt Pedaqoji İn-tunda müәllim (1938–41), Böyük Vәtәn müharibәsi dövründә siyasi işçi (1941), Azәrb. Radio Verilişlәri Komitәsindә baş redaktor, tәrcümәçi (1941– 44), Azәrb. Dövlәt Un-tindә şәrqşünaslıq fakültәsinin dekanı (1945–61), Yaxın vә Orta Şәrq xalqları kafedrasının müdiri (1961–85) işlәmişdir. Azәrb. әdәbiyyatı tarixinә, N.Gәncәvi yaradıcılığına, 19–20 әsrlәr demokratik İran әdәbiyyatına dair tәdqiqatlar aparmışdır. Q.Tәbrizi, X.Şirvani, M.Beylәqani, İ.Nәsimi. M.Füzuli, Heyran xanım, M.Şәhriyar divanlarından seçmә tәrcümәlәrin müәllifidir. N.Gәncәvinin “Leyli vә Mәcnun” poemasını (1982) vә şeirlәrini (1983) Azәrbaycan dilinә filoloji tәrcümә etmişdir. Tәrcümәlәri sırasında Eşqinin “Müntәxәbat”ı (1946), M.F.Axundzadәnin “Kәmalüddövlә mәktubları” (1959), Ə.Caminin “Yusif vә Züleyxa”sı (1963), Ə.Hәmidinin “Dan sökülür”ü (1965), Firdovsinin “Şahnamә”si (c.1, B., 2005; c.2, B.,2009), M.Şәhriyarın “Gecәnin әfsanәsi” poeması da vardır. Ə.nin şәrqşünas kadrların hazırlanmasında xidmәti olmuşdur.
Əsәrlәri: Nizami vә dövrümüz. B., 1947; Nizami Gәncәvi. “Azәrbaycan әdәbiyyatı tarixi” kitabında, c.1, B.. 1960; Əbülqasım Lahuti. Yaradıcılıq vә mübarizә yolu. B., 1987.