ƏLİZADƏ Mәryәm Əli qızı (d.14.4.1950, Bakı) – Azәrb. teatr tәnqidçisi. Sәnәtşünaslıq doktoru (2001), prof. (2005). Əmәkdar incәsәnәt xadimi. Azәrb. Dövlәt İncәsәnәt İn-tunun (indiki Azәrb. Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Un-ti) teatrşünaslıq fakültәsini bitirmişdir (1971). 1976 ildәn hәmin in-tda pedaqoji fәaliyyәt göstәrir, 2014 ildәn elm vә yaradıcılıq işlәri üzrә prorektordur. Ə.nin әsas tәdqiqatları milli teatrın formalaşması vә inkişafı problemlәrinә hәsr olunmuşdur. 500-dәn çox elmi-nәzәri vә tәnqidi mәqalәnin, “Teatr: seyr vә sehr” (1998), “Sevincin sinonimi” (2006), “Dördüncü ölçünün rәnglәri” (2008), “Elçinin teatr dünyası” (2014) vә s. monoqrafiyaların müәllifidir. Yüksәkixtisaslı kadrların hazırlanmasında xidmәti var.