ƏLİZADƏ Mirzәağa Hacıbala oğlu (15.3.1910, Bakı yaxınlığındakı Əmircan qәs. – 4.5.1981, Bakı) – Azәrb. bitki fizioloqu. Biologiya e.d. (1959), prof. (1962). Azәrb. SSR EA-nın akad. (1980; m. üzvü 1968). Böyük Vәtәn müharibәsi iştirakçısı (1941– 44). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1936). Azәrb. Elmi Tәdqiqat Pambıqçılıq İn-tunda direktor müavini (1944– 48), Azәrb. Elmi Tәdqiqat Çoxillik Bitkilәr İn-tunda vә Azәrb. Elmi Tәdqiqat Əkinçilik İn-tunda laboratoriya müdiri (1944–61) olmuşdur. 1962 ildәn Azәrb. SSR EA Genetika vә Seleksiya İntunda bitki fiziologiyası laboratoriyasına rәhbәrlik etmişdir.
Tәdqiqatları Azәrb.-da su rejimi ilә әlaqәdar çay kollarının fiziologiyasına, bitki hüceyrәsindә nuklein turşularının, xüsusilә dezoksiribonuklein turşusu dinamikasının tәdqiqinә, heterozis hadisәsinin molekulyar-genetik әsaslarının hazırlanmasına hәsr olunmuşdur. Ə. stress amillәrinin bitki genomuna tәsiri zamanı RNT vә DNT fraksiyalarındakı dәyişikliklәrin tәdqiqi sahәsindә nәzәri vә tәcrübi nәticәlәr әldә etmişdir. 200-dәn çox elmi әsәrin, dәrsliyin vә 4 monoqrafiyanın müәllifidir. Kadr hazırlığında xidmәti var. 2 “Şәrәf nişanı” ordeni ilә tәltif olunmuşdur.
Əsәrlәri: Nuklein turşuları vә onların bitki hәyatında әhәmiyyәti. B., 1970; Физиология чайного куста. Б., 1964; Динамичность нуклеиновых кислот и белка в растительной клетке. Б., 1978; Гетерозис и нуклеиновые кислоты (R.T.Əliyevlә birgә). Б., 1982.