ƏLİ-ZADƏ Nәhmәd İslam oğlu (d.25. 1.1952, Bakı) – Azәrb. kimyaçısı, kimya üzrә e.d. (2015). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1974). Azәrb. SSR EA Kimya Texnologiyasının Nәzәri problemlәri İntunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) mühәndis (1974– 77), baş mühәndis (1977–83), kiçik elmi işçi (1983–86), elmi işçi (1986–88) işlәmişdir. 1988–99 illәrdә Bakı Maqnitofon z-dunda direktor müavini olmuş, AMEAnın M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tunda baş elmi işçi (1999–2004), aparıcı elmi işçi (2004–13) vәzifәlәrindә çalışmışdır. 2013 ildәn hәmin in-tda “Biomimetik sensorlar vә azot (I) oksidlә oksidlәşmә” laboratoriyasının müdiridir. Tәdqiqatları azottәrkibli heterotsiklik birlәşmәlәrin hidrogen-peroksid vә azot (I) oksidlә koherent-sinxronlaşmış oksidlәşmә reaksiyalarının öyrәnilmәsinә hәsr edilmişdir. 90-dan çox elmi әsәrin müәllifidir.