ƏLİZADƏ Rasim İsmayıl oğlu (d.28. 11.1941, indiki Gәncә) – maşın vә mexanizmlәr sahәsindә Azәrb. alimi, texnika e.d. (1992), prof. (1991). Xarkov Nәql. Mühәndislәri İn-tunu bitirmişdir (1965). 1968 ildәn Azәrb. Politexnik İn-tunda (indiki AzTU) dosent, kafedra müdiri, dekan, 1991–92 illәrdә prorektor, 1993–2002 illәrdә kafedra müdiri, 2002–14 illәrdә İzmir Yüksәk Texnoloji Un-tinin prof.-u olmuşdur. 2014 ildәn Milli Aviasiya Akademiyasında, 2015 ildәn AzTU-da çalışır. Elmi tәdqiqatları klassik kinematika, vint nәzәriyyәsinin inkişafı, mexanizmlәrin, manipulyatorların analizi vә sintezi, mexanizmlәr mexanikasında giriş vә çıxış parametrlәri arasında olan qeyri-xәtti asılılıq, mexanizmlәrin kinematikasında qoyulan düz vә tәrs mәsәlәlәr, robot texnikasının yeni struktur sintez nәzәriyyәsinin yaradılması vә s. sahәlәrә aiddir. 150-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.