ƏLİZADƏ Pәrviz Hәsәn oğlu (d.20.8. 1935, Leninqrad) – energetika sahәsindә Azәrb. alimi, texnika e.d. (1991), prof. (1991). Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1959). 1959–61 illәrdә Azәrb. SSR EAnın Energetika vә Kibernetika İn-tunda mühәndis işlәmişdir. 1967 ildәn Azәrb. Neft vә Kimya İn-tunda pedaqoji fәaliyyәtә başlamış, kafedra müdiri vә dekan olmuşdur. İtaliyada Roma Un-tindә müәllim (1972– 73), Nigeriyada ingilisdilli Federal Politexnik Un-tindә kafedra müdiri vә dekan (1980–84), Türkiyә vә Kiprin ingilisdilli un-tlәrindә müәllim (1997–2005), 2005 ildәn AzTU-nun prof.-u vәzifәlәrindә çalışmışdır. 2010 ildәn İstanbulda Okan Untindә vә İstanbul Texniki Un-tindә pedaqoji fәaliyyәtini davam etdirir. Tәdqiqatları energetika vә elektronika texnikası, modellәşdirmә, kompüter proqramları vә s. sahәlәrә aiddir. 100-dәn çox elmi әsәrin müәllifidir.
Əsәri: Синхронный электропривод с пульсирующей нагрузкой (başqaları ilә birlikdә). M., 1978.