ƏLİZADƏ Samәt Qürbәt oğlu (14.3.1938, Xızı – 31.5.2002, Bakı) – Azәrb. dilçisi, әdәbiyyatşünas. Filologiya e.d. (1992), prof. (1993), Azәrb. Resp.-nın Əmәkdar elm xadimi (2000). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1960). Hәmin un-tdә müәllim, baş müәllim, dosent, prof. işlәmişdir (1965–2002). Тәdqiqatları Azәrb. dilinin tarixi qrammatika, etimologiya, mәtnşünaslıq problemlәrinә, poetika vә әdәbi dil tarixinin fundamental nәzәri vә tәcrübi mәsәlәlәrinә hәsr olunmuşdur. Orta әsrlәr abidәsi “Oğuznamә”ni (1987), 2 cildlik “Kitabi-Dәdә Qorqud Ensiklopediyası”nın I cildinә daxil edilmiş dastanı nәşrә vә çapa hazırlamışdır. Ə. 12 kitabın, 200-ә yaxın elmi vә elmi-publisistik mәqalәnin müәllifidir. Bir sıra beynәlxalq simpozium vә konfranslarda mәruzәlәrlә çıxış etmişdir.
Əsәrlәri: XVI әsr Azәrbaycan әdәbi dili. B., 1966; Orta әsrlәrdә Azәrbaycan yazı dili. B., 1985.