ƏLİZADƏ Sәnan Əlәşrәf oğlu (21.2. 1943, Bakı – 31.1.2008, Bakı) – Azәrb. geoloqu. Geologiya-mineralogiya e.d. (1983), Azәrb. SSR Dövlәt mükafatı laureatı (1978). Ə.Ə.Əlizadәnin oğludur. 1965 ildә Azәrb. Dövlәt Neft vә Kimya İn-tunu (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Unti) bitirmişdir. 1966 ildә Azәrb. Geologiya İdarәsindә fәaliyyәtә başlamış, geoloq, böyük geoloq, xәritәtәrtibetmә partiyasının rәisi işlәmiş, kompleks geol. vә hidrogeoloji ekspedisiyalara rәhbәrlik etmişdir. Müxtәlif illәrdә Azәrb. Meliorasiya vә Su Tәsәrrüfatı nazirinin birinci müavini, Bakı Şәhәr İcraiyyә Komitәsinin sәdri, Bakı Şәhәr İcra Hakimiyyәtinin başçısı (1990– 93), ARDNŞ-in prezidenti vәzifәlәrindә çalışmışdır. 70 elmi әsәrin müәllifidir. Azәrb. Ali Sovetinin deputatı seçilmişdir.