ƏLİZADƏ Şükür Hәmid oğlu (d.25. 10.1940, Lәnkәran r-nunun Viyәn k.) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (2004), prof. (2010). Azәrb. Dövlәt Pedaqoji İntunu (indiki Azәrb. Dövlәt Pedaqoji Un-ti) bitirmişdir (1963). Hәmin in-tun fizikanın tәdrisi metodikası kafedrasında müәllim, baş müәllim (1977), dosent (1983) işlәmiş, 2010 ildәn prof.-udur. Ali vә orta mәktәblәrdә fizikanın tәdrisi metodikasına dair 280-dәn çox elmi әsәrin, o cümlәdәn bir monoqrafiyanın, dәrs vә metodik vәsaitin müәllifidir.