ƏLİZADƏ Vaqif Ağamirzә oğlu (d.31. 8.1940, Bakı) – Azәrb. tibb alimi, patomorfoloq. Tibb e.d. (1990). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1967). Bakı ş. 13№-li tibbi sanitariya hissәsindә hәkim-onkoloq (1967– 68), onkoloji dispanserindә sitoloji laboratoriya müdiri (1968–76), patoloji anatomiya şöbәsinin müdiri (1976 –79), Elmi Tәdqiqat Kliniki vә Eksperimental Tәbabәt İn-tunun patomorfologiya laboratoriyasında kiçik elmi işçi (1979–81), böyük elmi işçi (1981–83) vә 1983–2013 illәrdә Onkologiya Elmi Mәrkәzindә patositomorfologiya laboratoriyasının rәhbәri işlәmişdir. Tәdqiqatları yumurtalıq şişlәrinin patomorfoloji xüsusiyyәtlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 80-dәn çox elmi әsәrin müәllifidir.