ƏLİZADƏ Validә Möhsüm qızı (d.31.1. 1946, Bakı) – Azәrb. bitki fizioloqu. Biologiya e.d. (1994), prof. (2012). AMEA-nın m. üzvü (2014), AMEA-nın hәqiqi üzvü (2017). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1968). Azәrb. SSR EAnın Botanika İntunda kiçik elmi işçidәn başlayaraq müxtәlif vәzifәlәrdә çalışmış (1972–2011), 2011 ildәn hәmin in-tun direktorudur. 2014 ildәn AMEA Mәrkәzi Nәbatat Bağının direktoru vәzifәsini icra etmişdir. 1995 ildәn “Bitki fiziologiyası” şöbәsinin ictimai әsaslarla rәhbәridir. Tәdqiqatları әtraf mühitin gәrginliyi şәraitindә bitkilәrin formalaşması, bitkilәrin davamlılığının hüceyrә vә molekulyar mexanizmlәri, әtraf mühitin çirklәnmәsinin bioindikasiyası vә remediasiyasında yerli floranın bәzi növlәrinin rolu vә s. mәsәlәlәrә aiddir. Ə. yerli vә Qafqaz florasının endem vә nadir növlәrinin biomüxtәlifliklәrinin öyrәnilmәsi, bit-ki növlәrinin analizi, onların statusunun müasir kateqoriya vә kriterilәrә uyğun qiymәtlәndirilmәsi, onların saxlanılması yollarının araşdırılması ilә dә mәşğul olur. 200-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya, 2 müәlliflik şәhadәtnamәsi, 3 kitab fәslinin müәllifidir. Kadr hazırlığında xidmәti var. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.
Əsәri: Устойчивость растений к токсичности металлов и нефтяных углеводородов. Подходы к фиторемедиации (T.S.Şirvani, E.T.Əlirzayeva ilә birlikdә). Б., 2011.