Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİZADƏ Zeynalabidin Cavad oğlu

    ƏLİZADƏ  Zeynalabidin  Cavad  oğlu, Axund Ağa (22.10.1871, Bakı yaxınlığındakı Pirşağı k. – 15.12.1954, Bakı) – Azәrb. ilahiyyatçısı, din xadimi, maarifçi. Atası Axund Mәhәmmәd Cavad dövrünün nüfuzlu din xadimlәrindәn olmuş, Bakı qub. Şiә Ruhani İdarәsinin sәdri vәzifәsindә çalışmışdır. Ə. ilk tәhsilini İçәrişәhәrdәki “Qüdsi” mәdrәsәsindә almışdır. Bağdad Un-tinin ilahiyyat fakültәsini bitirdikdәn sonra Nәcәf ş.-ndәki Ali Dini Untdә oxumuşdur. 1896 ildә tәhsilini uğurla başa vurub axund rütbәsi qazanan Ə. İçәrişәhәr mәhәllә mәscidlәrindәn birinә tәyinat almışdır. 1903 ildә Şeyxülislam Əbdüssәlam Axundzadәnin zәmanәti ilә “Tәzәpir” mәscidinә axund tәyin edilmişdir. 1904 ildә Qafqaz Müsәlmanları Şiә Ruhani İdarәsinә üzv seçilmişdir. O, 1907 ildә yaradılmış “Sәadәt” Bakı Müsәlman Ruhani Cәmiyyәtinin tәsisçilәrindәn biri olmuş, oranın ilk sәdr müavini, sonra isә sәdri seçilmişdir. Eyniadlı mәktәb-mәdrәsәnin tәşkilinә dә rәhbәrlik etmişdir. 1918 il dekabrın 11-dә şeyxülislam Mәhәmmәd Pişnamazzadә istefa verdikdәn sonra Ə. şeyxülislam tәyin olunmuşdur. Ə. 1944 ildә keçirilmiş Zaqafqaziya müsәlmanlarının 1-ci qurultayında yeni yaradılmış Zaqafqaziya Müsәlmanları Ruhani İdarәsinin ilk sәdri vә ikinci dәfә Qafqazın şeyxülislamı seçilmiş, ömrünün sonunadәk hәmin vәzifәdә çalışmışdır. 1945 il İran sәfәrindә Tәbrizdә vәz vermiş, Tehran un-tindә mühazirә oxumuşdur. 1952 ildә Vyana sülhü müdafiә konqresindә Qafqaz müsәlmanları adından mәruzә ilә çıxış etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç