ƏLİZADƏ Zәkәriyyә Mәbud oğlu [2.2. 1936, Nuxa ş. (indiki Şәki) – 23.11.2016, Şәki] – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1990). 1958 ildә Azәrb. Neft vә Kimya İn-tunu (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Un-ti) bitirmişdir. 1959–72 illәrdә Azәrb. SSR EA-nın Geologiya İn-tunda müxtәlif vәzifәlәrdә çalışmış, 1972–2014 illәrdә Şәki Regional Elmi Mәrkәzinin rәhbәri olmuşdur. 2014 ildәn hәmin mәrkәzdә aparıcı elmi işçi kimi fәaliyyәt göstәrmişdir. Elmi tәdqiqatlarının sahәsi çökmә süxurların geokimyası ilә әlaqәdardır. 80-dәn çox elmi mәqalәnin, o cümlәdәn 8 kitabın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.