ƏLİZADƏ Zinyәt Əliheydәr qızı (26.12. 1922, Bakı – 24.12.1998, orada) – Azәrb. dilçisi, filologiya e.d. (1981), prof. (1985), Əmәkdar elm xadimi (1990). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1951). Hәmin ildәn un-tdә pedoqoji fәaliyyәt göstәrmişdir. Türkologiyanın müxtәlif sahәlәri ilә bağlı tәdqiqat aparmışdır. 150-dәn çox elmi mәqalәnin, 4 kitabın müәllifidir. Türkiyә, Rusiya, Özbәkistan, Qazaxıstan vә Qırğızıstanda keçirilәn türkoloji qurultayların, elmi konfransların iştirakçısı olmuşdur.
Əsәrlәri: Müasir Azәrbaycan dilindә modal sözlәr. B., 1965; Azәrbaycan atalar sözlәri vә zәrb mәsәllәrinin leksik semantik xüsusiyyәtlәri. B., 1980; Azәrbaycan atalar sözlәrinin hәyatı. B., 1985.