Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏL-KİMYA

    ƏL-KİMYA  – tәbiәt maddәlәrinin (ilk növbәdә metalların), hәmçinin insan bәdәninin vә canının kamillәşdirilmәsi (“nәciblәşdirilmәsi”, ilhamlandırılması) haqqında ezoterik tәlim vә hәmin tәlimin praktikası. Ə. bir neçә minillik әrzindә müxtәlif tarixi dövrlәrdә, müxtәlif region vә mәdәniyyәtlәrdә mövcud olmuşdur. “Ə.” termini yun. χνμεία sözündәn (“xәlitәlәr hazırlama sәnәti”), digәr versiyaya görә, qәdim Misir dilinin “km” (kopt dilindә “kheme”) kәlmәsindәn (“qara torpaq”, Misirin adlarından biri) yaranmışdır vә ilkin mәnasının “Misir sәnәti” olduğu ehtimal edilir.

    Özündә naturfәlsәfәni, sakral hәrәkәtlәri vә texnokimyәvi proseslәri ehtiva edәn Ə. (“müqәddәs sәnәt”) dünyanın substansional vәhdәti, hәr şeyi әhatәlәyәn paralelizm, makrokosmos vә mikrokosmos elementlәrinin bağlılığı haqqında tәsәvvürlәrdәn çıxış edirdi. Bir sıra rәmzi uyğunluqlar insanı, onun ruhunu, bәdәnini vә canını müxtәlif kosmik qüvvәlәrlә, tәbiәt ünsürlәri ilә, 7 planet vә onlara uyğun gәlәn metallarla (antik vә orta әsrlәr Ə.-sında: Günәş=qızıl, Ay=gümüş, Mars=dәmir, Merkuri=civә, Yupiter=qalay, Venera=mis, Saturn=qurğuşun), hәmçinin ulduzlar sferası ilә әlaqәlәndirir. Yerin tәkindә “yetişәn” metalların yeddipillәli tәkamülü qurğuşunla başlayıb qızılla bitir (insan bu prosesi süni şәkildә sürәtlәndirә bilәr). Ə.-dan istifadә edәn insanın fәrqli (ruhani) status alması, bütün xәstәliklәrdәn fiziki sağalması, ölümsüzlük verәn vә “qeyri-nәcib metallar”ı qızıla (qızıl ölümsüzlük rәmzi kimi hind Vedalarında xatırlanır) çevirә bilәn fәlsәfә daşının alınması әl-kimyәvi prosesin (“transmutasiya”) müxtәlif aspektlәridir.

    Kimyagәrin әn mühüm vәzifәlәrindәn biri bütün maddәlәrin әsasını tәşkil edәn ilkin substansiyanın (“ilkin materiya”nın) üzә çıxarılmasıdır. Əksәr hallarda onu “civә” (hәmçinin tsi, pnevma vә s.) adlandırırlar. Civә (Çin Ə.-sında kükürdlü civә – kinovar) bütün Ə. әnәnәlәrindә müstәsna rola malikdir. O hәm ilkin materiyanı, hәm onu almaq üçün “öldürülmәsi” lazım olan metalın özünü, hәm dә işin yekun nәticәsini ifadә edә bilәr. Civә “metalların anası”, kükürd isә “atası”dır (hind Ə.-sında kükürd vә civә yerlәrini dәyişir, Çin Ə.-sında isә civә–kükürd rәmzi cütlüyü tәdricәn öz yerini qurğuşun–civә rәmzinә vermişdir). Bir çox tәsvirlәrdә başlanğıc material qızdırıldıqda civә vә kükürdә parçalanır (onlara bәdәn–can, can–ruh, in vә yan, Ay– Günәş vә s. әksliklәr uyğun gәlir), sonra civә tәmizlәnir, sabitlәşir vә kükürdlә yeni birlәşmәyә daxil olur. Transmutasiya prosesi çox zaman ölüm vә sonrakı dirilmә kimi, müqәddәs nikah, kişi vә qadın başlanğıclarının cinsi әlaqәsi, әks qütblәrin birlәşmәsi (Avropa Ə.-sında “kimyәvi nikah”, hind Ə.-sında Şiva vә Şaktinin ittifaqı, Çin Ə.-sında in vә yanın, әjdaha vә dişi pәlәngin birlәşmәsi) kimi tәsvir edilir vә bunun da nәticәsi fәlsәfә daşı, iksir, “ölmәzlik hәbi”, Hermafrodit vә s. olur.

    Müasir elm heç bir Ə. әnәnәsinin tam tәsvirini vermәmiş, yalnız ayrı-ayrı fraqmentlәri bu vә ya digәr dәrәcәdә düzgün bәrpa edә bilmişdir. Müxtәlif mәdәniyyәtlәrin Ə. sistemlәrinin bir-birinә münasibәtdә izomorf olub-olmaması vә onların qayәlәrinin nә dәrәcәdә üst-üstә düşmәsi aydın deyil; Ə. әnәnәlәrinin genezisi, vahid mәnbәnin mövcudluğu, qarşılıqlı әlaqәlәr vә tәsirlәr haqqında mәsәlәlәr açıq qalmışdır. Ə.-da toplanmış zәngin kimyәvi mәlumat ehtiyatı müasir kimyanın tәşәkkülü üçün әsas rolunu oynamışdır.

    Çin Ə.-sını e.ә. 1-ci minilliyin 2-ci yarısından әsasәn daosizm tәrәfdarları inkişaf etdirmişlәr. H.Dabs (1892–1969) vә bәzi digәr alimlәr Çin Ə.-sını başqa analoji әnәnәlәrә tәsir göstәrmiş әn qәdim Ə. kimi qiymәtlәndirirdilәr. “Ə.” termininin kökünün, etimoloji baxımdan, “metal” vә “qızıl” mәnasını bildirәn vә B.Karlqrenә görә, әvvәllәr “kiәm” kimi sәslәndirilmiş “tsin” heroqlifinә gedib çıxması da istisna olunmur. Autentik mәnalarda Ə. “kinovar әritmә” (lyan dan), “qızıl vә kinovarı ölümsüzlәşdirmә” (tsin dan), hәmçinin “kinovarı ölümsüzlәşdirmә” (syan dan) sәnәti (şu) kimi tәzahür edir, bizim eranın ilk әsrlәrindәn qeydә alınan traktatlar isә “kinovar qanunları” (dan fa), yaxud “kinovar kanonları” (dan tsyan) adlandırılır. Kinovarın mәrkәzi rolu hәm onun kimyәvi tәrkibi [od – “kişi, fәal, aydın” (yan) vә su – “qadın, passiv, zülmәt” (in) ilә identifikasiya edilәn kükürd vә civә], hәm dә ona xas olan, hәyat substansiyası – qanla assosiasiya edilәn, nikahın vә yeni dünyaya gәlmiş uşağın rәmzi kimi doğum ideyasının tәcәssümü olan qırmızı rәngin mәnası ilә bağlıdır.

    “Çjou i” (“Çjou dәyişikliklәri”), yaxud “İ szin” (“Dәyişikliklәr kanonu”, e.ә. 8–3 әsrlәr) Çin Ə.-sının dövrümüzә gәlib çatmış әn qәdim kanonu olan “Çjou i tsan tun tsi” (“Çjou dәyişikliklәri”nin üçlü vәhdәt harmoniyasının sübutu”) әsәrinin (müәllifi Vey Boyan, 2 әsr) ümumi nәzәri әsası olmuşdur. “Çjou i”yә әsasәn, dünya başdanbaşa dәyişikliklәr vә qarşılıqlı çevrilmәlәr girdabıdır. Buna görә dә, kimyagәrlәr ölümsüzlüyә çatmağı yalnız hәyatın uzadılması yolu ilә deyil, hәm dә әl-kimyәvi dәrmanlar vә medikamentoz vasitәlәrin, hәmçinin xüsusi fiziki, ilk növbәdә yoqa tipli nәfәs mәşqlәrinin (“daxili nәfәs” – tay si) vә ruhi özünükamillәşdirmә üsullarının kömәyi ilә “bәdәndәn azadolma”dan (si tse) keçәrәk öldükdәn sonra dirilmә yolu ilә mümkün sayırdılar. Çin kimyagәrlәri insan bәdәnini kainatın onu bütövlükdә tәmsil edәn ayrılmaz hissәsi kimi nәzәrdәn keçirәrәk, bir tәrәfdәn şüşә vә farfor istehsalı, metallurgiya vә k.t.-nda, digәr tәrәfdәn tibb, farmakologiya, dietologiya vә erotologiyada yeni texnologiyalar kәşf etmişlәr. Onların praktiki fәaliyyәtinin әsasını “[sәma] yayının oğurlanması” daoçu prinsipi, qocalara cavanlaşmaq, kişilәrә isә özlәrindә “ölümsüz rüşeym” (syan tay) mayalandırmaq imkanı verәn tәbii hәrәkәtin geri döndәrilmәsi tәşkil edirdi.

    Sıma Syan “Tarixi qeydlәri”ndә (“Şi tsi) göstәrir ki, artıq imperator U-dinin (e.ә. 141–87) dövründә sarayda qızıl vә kinovarla әl-kimyәvi әmәliyyatlar aparılırdı. Ə. tәlimi özünün klassik formasını daoçu filosof Ge Hunun [283/284–343 (yaxud 363)] “Bao-pu-tsı” (“Sadәliyi hәcmlәndirәn müәllimin [traktatı]”) adlı başlıca әsәrindә almış, sonrakı inkişafını daoçu alim vә kimyagәr Tao Hunszinin (456–536), görkәmli tәbib (“dәrmanlar hökmdarı”) Sun Sımyaonun (581–682) vә Sin Syuyszının “Syan hun szya qen çji bao szi çen” (“Qurğuşun vә civә, ağac vә metal haqqında әn dәyәrli mәlumatların tam külliyyatı”) әsәrlәrindә (808 il) tapmışdır.

    7–8 әsrlәrdә vahid Ə. әnәnәsi müvafiq olaraq fiziki-kimyәvi vә psixo-fizioloji proseslәrә istiqamәtlәnmiş iki qola – “xarici” (vay dan) vә “daxili kinovar [fәaliyyәt]”inә ayrılmağa başladı. “Daxili” Ə. 13 әsrdә “xarici” Ə. üzәrindә tam üstünlük qazandı.

    Bu istiqamәtin müasir dövrümüzәdәk dao praktikasının әsas növü kimi inkişaf etmәsi ilk növbәdә 12 әsrdә Van Çje tәrәfindәn yaradılmış “kamil hәqiqәt tәlimi” (syan çjen szyao”) mәktәbi ilә әlaqәdardır.

    Hind Ə.-sı (rasayana – “civә yolu”: sanskritcә rasa – hәyatverici maye, civә + ayana – yol) ilk növbәdә tantrizm vә hind tәbabәti – ayurveda çәrçivәsindә inkişaf etmişdir. 10–14 әsrlәrdә özünün çiçәklәnmә dövründә o, Çin (daoçu) vә Yunan–Suriya әnәnәsinә mәxsus texnika vә ideyalarla zәnginlәşmişdir. Qәdim hind metallurgiyası, tikintisi, sikkә zәrbi vә hәtta әtirlәrin hazırlanmasında (bu haqda Kautilyanın “Arthaşastra”sı vә Vatsyayananın “Kamasutra”sı mәlumat verir) geniş istifadә olunan civә özünün ilk әl-kimyәvi “hәyatverici maye yolu” (ölmәzlik iksiri) mәnasını ayurvedada almışdır; burada rasayananın (tәrkibinә mineralların, metalların vә bitkilәrin müalicәvi keyfiyyәtlәrini tәdqiq edәn farmakologiya da daxil idi) mәqsәdi orqanizmin cavanlaşdırılması vә hәyatın uzadılması idi. İnsanın daxilinә qәbul olunan vasitә kimi civә ilk dәfә Vaqbhatanın (7 әsr) “Aştanqa sanqraha” ayurveda mәtnindә xatırlanır.

    Rasayananın tәkamülü tantrizm çәrçivәsindә baş vermişdir. Birinci mәrhәlәdә (3–10 әsrlәr) rasayana siddhinin (fövqәltәbii qabiliyyәtlәrin) xüsusi növü mәnasını verirdi. İkinci mәrhәlәdә (10–14 әsrlәr) civәnin istifadәsi sistematik xarakter qazandı. Civә Şivanın toxumu, kükürd isә ilahә Şaktinin menstruasiya qanı ilә eynilәşdirilir, buna görә dә istәnilәn әl-kimyәvi әmәliyyat ilahi cütlüyün kainat doğuşunu simvolizә edәn cinsi cütlәşmәsi analoqu sayılırdı.

    Metalların iyerarxiyası onların kobud materiya ilә nә dәrәcәdә yüklәnmәsi ilә müәyyәnlәşirdi. Civә yalnız onların hamısının әsası deyil, hәm dә “tәmizlәnmә” alәti idi. Ona görә dә, bütün metallar potensial olaraq kamil, onların transmutasiyası isә ilkin mәnbәyә – Şivaya civә şәklindә qayıdış hesab edilirdi. Civә yalnız metalı deyil, makrokosmik dәyişikliklәrin modeli olan insan bәdәnini dә (daxilә qәbul etdikdә) yenidәn yaradır (öz qadın tәcәssümü Şakti ilә cinsi yaxınlığı nәticәsindә mütlәq Şivadan kainatın dövri şәkildә doğulması vә udulması). Nәticәdә insan bәdәni ölümsüz, ilahi (divya), qızılı (svarna), almazı (vacra) vә kamil (siddha) olur.

    2-ci dövrün başlıca mәtnlәri Qovinda Bhaqavatpadanın (10 әsr) “Rasahridaya tantra” (“İrqin ürәyi”), Naqarcunanın (10–11 әsrlәr) “Rasendra manqala” (“İrq Hökmdarının müsbәt tәsiri”) vә xüsusilә “Rasaamava” (“Metal preparatlar haqqında traktat”, 12 әsr) әsәrlәridir. Tantrik Ə.-nın istәr buddist, istәrsә hinduist әnәnәsindә mantralar (ritual formullar), mandalalar (ritual diaqramlar) vә mudralar (ritual jestlәr), elәcә dә yoqa praktikası vә meditasiya elementlәri istifadә edilir. Əl-kimyәvi dәyişikliklәr allahları vә ilahәlәri, mineralları, metalları, qiymәtli daşları, bitkilәri, heyvani mәnşәli mayelәri vә s. bir-birilә әlaqәlәndirir. Bu sirli әlaqәlәri bilmәk vә onları xüsusi fәrdi rituallarda reallaşdırmaq adeptә bәdәni ölәndәn sonra deyil, hәlә sağlığında azadolmaya (civanmukti) çatmağa imkan verir.

    Hatha-yoqada bәdәn mayelәrinin – qanın (qadın başlanğıcı) vә toxumun (kişi başlanğıcı) yenilәnmәsi ilә ölmәzliyә nail olunur. Onlar yoqa enerjisi ilә kataliz olunaraq ölmәzlik mәnbәyinә (amrita) çevrilirlәr. Yoqun bәdәni dә civә kimi fәaliyyәt göstәrir: onun bütün ifrazatları (selik, sidik vә s.) daşı vә qeyri-nәcib metalları qızıla çevirmәk qabiliyyәti qazanır. Yoq insan cildindә Şivaya, civәnin mәnbәyinә çevrilir.

    Hind Ə.-sının inkişafında 3-cü mәrhәlә ayurvedanın әczaçılıq әnәnәsi vә civә әsasında yaradılan preparatların (oksidlәr vә mineral duzlar formasında) işlәnib-hazırlanması ilә bağlıdır.

    Antik Ə. ellinist Misirdә әrintilәrin emalı vә zәrgәrlik işlәri (hәmçinin rәngli şüşә vә boyaların hazırlanması) texnologiyalarının ilkin materiya haqqında yunan fәlsәfi nәzәriyyәlәri, ellinist Şәrq vә Roma Şәrqinin ezoterik dini inancları vә mistik tәlimlәri – astrologiya, hermetizm, magiya, qnostisizm vә s. ilә sintezi nәticәsindә yaranmışdır.

    Ə.-ya dair әdәbiyyat üç irihәcmli külliyyat, orta әsrlәr vә intibah dövrü әlyazmalarında saxlanmış bir neçә traktat (anonim әsәrlәr), hәmçinin 4 әsrә aid Leyden vә Stokholm papirusları (qızıl, gümüş, qiymәtli daşlar vә purpur haqqında eyni texniki reseptlәr toplusunu әks etdirirlәr) ilә tәmsil olunur. M külliyyatı (Venesiyada Müq. Mark Kitabxanasında Marcianus Graecus 299 әlyazması, 11 әsr) 7 әsrdә Bizans imperatoru İraklinin sarayında tәrtib olunmuş Ə.-ya dair mәtnlәr toplusudur. V külliyyatının (Paris Milli kitabxanasında Parisinus Graecus 2325 әlyazması, 13 әsr) Bizanslı poligistor Mixail Psellin (11 әsr) zamanında tәrtib olunduğu ehtimal edilir; tәrkibinә görә bir çox cәhәtlәri ilә M külliyyatı ilә üst-üstә düşür vә әsasәn texnoloji xarakterli mәtnlәrdәn ibarәtdir. AL külliyyatının (Paris Milli kitabxanasında Parisinus Graecus 2327 әlyazması; 1478 ildә Krit a., İraklion ş.-ndә Fyodor Pelekan tәrәfindәn surәti çıxarılmışdır) birinci hissәsi V külliyyatına uyğun gәlir, ikinci hissәsi isә namәlum mәnşәli mәtnlәrdәn ibarәtdir.

    Bәzi traktatların müәlliflәri 3– 6 әsrlәrin real kimyagәrlәri (Panopolisli Zosim, Kiçik Olimpiodor) olsa da, digәrlәrinin müәllifliyi qәdim filosoflara (Demokrit, Levkipp), әfsanәvi müdrik şәxsiyyәtlәrә vә hökmdarlara (fars maqı Ostan, Musa, onun bacısı Yәhudi Mәryәm, suriyalı Komari, Kleopatra), hәmçinin mifoloji personajlara, hәtta allahlara (Mehriban İblis, Hermes Trismegist, ilahә İsida) aid edilir. Qorunub saxlanmış traktatların böyük hissәsi 3– 4 әsrlәrdә,  әn sonuncuları isә 7 әsrdә yazılmışdır.

    Artıq 1 әsrdә Seneka vә Plininin istinad etdiyi әn qәdim Ə. әnәnәsi Demokrit vә müәllimi Ostanın adı ilә bağlıdır. Bu әnәnә qismәn ellin dövrünә gedib çıxır (Mendesdәn olan Bol, tәqr. e.ә. 150 il) vә ehtimal ki, Demokrit mәktәbinin kimya vә texnologiyaya dair itirilmiş traktatlarının bәzi әsl reseptlәrindәn yararlanmışdır. Bu әnәnә texnoloji müddәaları ilә sәciyyәlәnir vә şüşәnin rәnglәnmәsinә, zәrgәrlik işindә qızılın vә gümüşün imitasiyası üçün xәlitәlәrin istehsalına dair praktiki reseptlәrdәn ibarәtdir. Psevdodemokritçilik ruhunda yazılmış “Tәbii vә sirli” (Φυσικά καί μυστικά) әsәrindә Ə.-nın nәzәri әsası kimi bütün maddәlәrin universal “simpatiyası” (qarşılıqlı fәaliyyәti) stoik anlayışı vә tәbii fenomenlәrin süni şәkildә yenidәn yaradılmasının mümkünlüyünü izah edәn mimesis (tәqlid) adlı daha qәdim fәlsәfi nәzәriyyә çıxış edir.

    Kimyagәrliyә dair ilk real traktatların müәllifi olan Panopollu Zosim (Misir, tәqr. 300 il) ilә bağlı әnәnә üçün mistik-ezoterik vә spekulyativ tәmayüllәr vә hermetik, qnostik tәlimlәrin, elәcә dә Aristotelin vә Platonaqәdәrki filosofların fiziki nәzәriyyәlәrinin Ə.-ya gәtirilmәsi sәciyyәvi olmuşdur. Zosimә görә, Ə. (“müqәddәs sәnәt”) üsyan etmiş mәlәklәr tәrәfindәn qadınlara ilahi vәhy kimi verilmişdir. Zosim bütün cisimlәrin vahid material substratını “ilahi su” (ϑείον ϋδωρ termini hәmçinin “kükürdlü su” mәnasını verә bilәr) – civә ilә eynilәşdirirdi. Kimyәvi çevrilmәlәr ruh-pnevmanın (pnevma hәmçinin uçucu maddә mәnasını verir) yeni bәdәndә yenidәn yaranması kimi başa düşülür. Tale iblislәrinin hökmranlığı altında olan cismani insan astral tәsirlәrin “qarışıqları” ilә boyanmışdır. Ruhani insan ilkin başlanğıca qayıtmadan ibarәt olan tәbii prosesi imitasiya etmәklә hәmin “qarışıqlar”dan tәmizlәnә vә öz ilahi tәbiәtinә yenidәn qovuşa bilәr.

    Zosimin şәrhçisi Kiçik Olimpiodor (6 әsr) “ilahi su”yu (ilkin materiyanı) Aristotelin vә peripatetik doksoqrafiyanın interpretasiyasında Platonaqәdәrki filosofların “vahid başlanğıc”ı ilә әlaqәlәndirirdi. Ə. ilә Platonaqәdәrki doksoqrafiyanın analoji sintezi “Filosofların toplusu” (tәqr. 900 il, orta әsrlәr latın tәrcümәsindә saxlanmışdır: “Turba philosophorum”) adlı әrәb traktatında da edilmişdir. Əl-kimyәvi vәhdәt rәmzi olan öz quyruğunu dişlәyәn hәlqәvi ilan rәsminә qnostik vә astroloji mәtnlәrdә dә rast gәlinir.

    Müsәlman Ə.-sı (8–14 әsrlәr) Misir vә yunan Ə. әnәnәlәri әsasında formalaşmışdır. Müsәlman Şәrqindә Ə.-ya ilk maraq göstәrmiş şәxs kimi tanınan Əmәvi әmiri Xalid ibn Yәzid (tәqr. 660–704) Ə.-ya dair bir sıra әsәrlәri yunan vә qibti dillәrindәn әrәb dilinә tәrcümә etdirmiş, İsgәndәriyyәli Stefanın şagirdi Marianın rәhbәrliyi altında özü dә bu elmlә mәşğul olmuşdur. “Ə.” anlayışına da ilk dәfә onun “Hikmәt cәnnәti” (“Firdövs әl-hikmә”) әsәrindә rast gәlinir. Ə. әnәnәsinin islam dünyasında ilk dәfә sistemlәşdirilmәsi, elәcә dә Ə. daxilindә öyrәnilәn “elm әl-mәvazin” (ölçülәr vә tarazlıq haqqında elm) Cabir ibn Hәyyanın (Geber) adı ilә bağlıdır. O, özünün çoxsaylı әsәrlәrindә [“Mizan kitabı” (“Kitab әl-mizan”) vә s.] metalların quruluşunun civә– kükürd nәzәriyyәsini, onların qurğuşundan başlayaraq qızılla bitәn yeddipillәli tәkamül nәzәriyyәsini formulә etmişdir. Cabirә görә, kamilliyә çatmaq vә mütlәq biliyi әldә etmәyin yeganә yolu Ə.-dan keçir; bunun üçün “әn böyük iksiri” (“iksir әlәzәm”), yaxud fәlsәfә daşını tapmaq lazımdır. “Sirlәr kitabı”nın (“Kitab әl-әsrar”) müәllifi Əbu Bәkr әr-Razi (lat. adı Rasis, Rhases Abubater; ö. 925) iki ilkin başlanğıc olan kükürd vә civәyә üçüncünü – “duz”u әlavә etmişdir. O, Ə. tarixindә ilk dәfә maddәlәrin tәsnifatını aparmağa tәşәbbüs göstәrәrәk, bütün mәlum maddәlәri üç qrupda (yer mәnşәli – mineral, bitki mәnşәli vә heyvan mәnşәli maddәlәr) birlәşdirmiş, cismani (bütün әrintilәr: tunc, bürünc vә s.) vә qeyri-cismani törәmә maddәlәri (yaşıl boya, krokus, sülügәn vә s.) ayırmışdır. İbn Vәhşiyyә (10 әsr), “Böyük hikmәt açarı” (“Miftah әl-hikmәt әl-üzma”) adlı hermetik risalәnin müәllifi İbn Ümeyl әtTәmimi (lat. adı Senior Zadith Filius Hamuelis; 10 әsr), Fәrabi (ö. 950), ƏbülQasim әl-Mәcriti [“Hikmәt sahibinin qayәsi” (“Qayәt әl-hәkim”, lat. “Picatrix”) әsәri], Mәhәmmәd ibn Əbdülmalik әl-Xarәzmi әl-Kasi [“Sәnәtin mahiyyәti vә sәnәtkarlara  kömәk”  (“Eyn  әs-sәnәt  vә  övn әs-sinaә”), tәqr. 1034], Hüseyn ibn Əli әtTuğrai (ö. 1121) vә b. görkәmli müsәlman kimyagәrlәri olmuşlar. Müsәlman Ə.-sının sonuncu nümayәndәsi kimi Cәldәki (14 әsr) qәbul edilir.

    Müsәlman Ə.-sının әsasında öz tәcәssümlәrindә bir-birindәn fәrqlәnәn müxtәlif metalların vahid mahiyyәti (cinsi) haqqında tәsәvvür durur. Bu tәcәssümlәr bir-biri ilә bağlı olduğuna görә onların çevrilmәlәri (transmutasiyası) mümkündür. Müsәlman kimyagәrlәrin әsәrlәrindә fәlsәfә daşı (әliksir, lat. elixirium buradandır) haqqında tәsәvvür yaranır; onu qeyri-nәcib metallara müәyyәn nisbәtlәrdә әlavә etmәklә hәmin metalları “sağaltmaq” (әn mükәmmәl metala – qızıla çevirmәk) mümkün sayılırdı.

    Müsәlman Ə.-sı metallurgiyadan әlavә, son antik dövr mineralogiyası, әczaçılığı, parfümeriyası vә astronomiyasının nailiyyәtlәrindәn geniş istifadә edirdi. Eksperimental Ə.-da antik dövrdәn mәlum olan tigeldә әritmә (istinzal), distillә (tәktir) vә sublimasiya (tәsid, tәrcim), mumlaşdırma (tәşmiyә), deşmә (tәklis), paslandırma (tәsdiyә) vә digәr әmәliyyatlar tәtbiq olunurdu. Ümumiyyәtlә, müsәlman Ə.-sı antik Ə.dan fәrqli olaraq, daha çox rasional xarakter daşıyır, ondakı mistik elementlәr isә әnәnәlәrin qalığı kimi tәzahür edirdi. Müsәlman Ə.-sının әn böyük xidmәti rasional әczaçılığın yaradılmasıdır.

    Qәdim dünya Ə.-sı ilә orta әsrlәr Avropa Ə.-sı arasında birlәşdirici hәlqә rolunu oynayan, eyni zamanda özünәmәxsus zәngin irs yaradan müsәlman Ə.-sı İspaniya vә Siciliya vasitәsilә Avropaya nüfuz etmiş, 11 әsrin sonundan 15 әsrә qәdәr müsәlman kimyagәrlәrә mәxsus әsәrlәrin çox sayda latın tәrcümәlәri yaranmışdır [Geberin (Cabirin) “Kamilliklәrin cәmi” vә s.].

    Avropa Ə.-sının çiçәklәnmә dövrü 12– 15 әsrlәrdir. Qәrbdә ilk dәfә Ə. 1063 ildә xatırlanır, 12 әsrdәn başlayaraq әrәb dilindәn istәr yunanların, istәrsә әrәb müәlliflәrinin öz әsәrlәrinin latın dilinә çoxsaylı tәrcümәlәri yarandı. 12 әsrin ortalarında Herard Kremonski Xalid ibn Yәzid, Cabir ibn Hәyyan, әr-Razi vә İbn Ümeylin, Robert Çesterski isә Morienin әsәrlәrini latıncaya tәrcümә etdilәr. Başlıca Ə. mәtni Hermes Trismegistin “Zümrüd lövhәlәr” (ellinizm dövrünә mәxsus bu әsәrin latın dilinә tәrcümәsi “Tabula smaragdina” tam şәkildә 1541 ildә nәşr edilmişdi) әsәri sayılırdı. Əl-kimyәvi nәzәriyyәlәr Bovedәn olan Vinsentin “Dünya güzgüsü”, yaxud Varfolomey İngiltәrәlinin (13 әsrin ortaları) “Maddәlәrin xassәlәri haqqında” vә s. orta әsrlәr ensiklopediyalarında böyük yer tuturdu. Böyük Albert, R.Bekon, Villanovadan olan mәşhur tәbib Arnold (1250 –1313, yaxud tәqr. 1235–1311), “Qızılgül haqqında roman”ın müәlliflәrindәn biri Jan de Men (tәqr. 1250 – tәqr. 1315), fransız Nikola Flamel (1330 – 1418), ingilis Con Dastin (13 әsrin 90-cı illәri – tәqr. 1385), İsaak Hollandlı (14 –15 әsrlәr), alman Vasili Valentin (ehtimal ki, 15 әsr) vә b. Ə.-nın adeptlәrindәn (transmutasiya etmiş şәxslәr) idilәr. Lakin Ə.-ya dair әsәrlәrin yazılma tarixi vә müәllifliyi әksәr hallarda mübahisә doğurur; mәs., “Ə. haqqında kitabça”nın Böyük Albertә, “Ə. güzgüsü”nün R.Bekona, “Filosoflar bağçası”nın Arnolda mәxsusluğu mübahisәlidir. Foma Akvinalı vә R.Lulliyә dә Ə.-ya dair әsәrlәr aid edilirdi. 14 –15 әsrlәrin bir çox latındilli traktatları isә Geber (Cabir) imzası daşıyırdı.

    Müsәlman mütәfәkkirlәrin (kükürd–civә nәzәriyyәsi vә fәlsәfә daşı haqqında tәsәvvürlәr müsәlman Ə.-sından әxz edilmişdi) interpretasiyasında antik (ilk növbәdә Aristotel) naturfәlsәfәsinә dayanan orta әsr kimyagәrlәrinin görüşlәrinә görә, bütün metalların әsasında iki başlanğıc durur: 1) aktiv – od elementindәn ibarәt olan vә kükürdlә tәmsil edilәn quru vә isti; 2) passiv – su elementindәn ibarәt olan vә civә ilә tәmsil edilәn soyuq vә nәm. Kükürd (lat. sulfur) vә civә (lat. mercurius) Aristotel kateqoriyaları ilә forma vә materiya kimi mәnalandırılır. Metalların duzla, bәzәn ammonyak duzu (naşatır) ilә, bәzәn arsenlә, yaxud onun birlәşmәlәri ilә, nadir hallarda isә su (bәzәn “metal” su) ilә tәmsil olunan üçüncü başlanğıcı da xatırlanır. Bu başlanğıc ya kimyәvi reaksiyaların hәrәkәtverici qüvvәsi, ya da tәsbit olunma, yәni әldә edilmiş maddәnin sabitliyinә nailolma prinsipidir. Fәlsәfә daşı (lat. laris philosophorum, yaxud magisterium, tinktura, medikament) transmutasiyada hәlledici rol oynayır vә iki növdә – kiçik magisterium (ağ şir) vә böyük magisterium (qırmızı şir) kimi çıxış edir. Metallara vә minerallara kamillik verәn magisterium eyni zamanda qiymәtli daşları vә insanları müalicә edә bilәn dәrmandır (panaseya); fәlsәfә daşının maye halı (aurum potabile, yәni “qızıl içki”) әbәdi cavanlıq verir.

    Əl-kimyәvi proses (“böyük fәaliyyәt” – lat. opus magnum) dairәvi, yaxud yumurtavarı formalı qabda hәyata keçirilirdi. Onu işin әvvәlindә hermetik şәkildә kip bağlayır vә sona qәdәr açmırdılar; qabı qızdırmaq üçün xüsusi soba – atanor istifadә olunurdu. Prosesin başlanğıc mәrhәlәsi çürümәdәn (melanosis – qaralma, yaxud nigredo – qaralmış) ibarәtdir vә maddәnin ölümünü, toza, ilkin materiyaya çevrilmәsini bildirir; sonra maddәnin әrimәsi, filtrasiyası vә parlaqlandırılması (leukosis – ağlanması, yaxud albedo – ağlıq), yәni canlanması, dirçәlmәsi, nәhayәt, sublimasiyası vә axtarılan qırmızı, yaxud qızılı rәngdә (xanthosis – qızılı, yaxud rubedo – qırmızı) maddәnin alınması, yәni tәbii keyfiyyәtlәrin kamillәşmәsi gәlir ki, bütün bunlar eyni  zamanda  ruhani vә  texniki mәnalar kәsb edir. Ə. rәmzlәri çoxmәnalıdır. Belә ki, civә – Merkuri, qız, mәlikә, zövcә, ağlıq, uşaqlıq vә s.; kükürd – Sulfur, gәnc, hökmdar, әr, qırmızılıq, ailә vә s.; Qırmızı şir – qızıl, fәlsәfә daşı, kinovar, sülügәn vә s. mәnaları bildirir. Ə.-nın metaforik dili onun adeptlәrinin öz tәlimlәrini gizli saxlamaq, bu biliklәrә layiq olmayan vә qeyri-kamil insanlardan qorumaq istәklәrindәn irәli gәlirdi. Ə. ilә mәşğul olanlardan yüksәk etik normalar tәlәbi (Ə.-nın dinә dair iddialarından irәli gәlirdi) şarlatanlığa yaxın olan vulqar Ə.-nın “allahsız vә lәnәtlәnmiş şәr әmәl” kimi mәhkum olunması (dәfәlәrlә “bizim qızıl qara kütlәnin qızılı deyil” müddәası tәkrarlanırdı) ilә müşayiәt edilirdi.

    16–17 әsrlәrdә yatrokimyanın banisi Paraselsin vә davamçıları Q.Dorn, Q.Kunrat, M.Mayer, R.Fladd, E.Filalet, A.Lambşprint vә b.-nın әsәrlәrindә erkәn dövr Ə. traktatlarına xas reseptura üslubu naturfәlsәfә vә kosmoloji mülahizәlәrlә әvәzlәndi. Əl-kimyәvi metaforalar rozenkreyserlәr (әn әhәmiyyәtli traktatları İ.V.Andreenin 1616 ildә anonim çıxmış “1459 ildә Xristian Rozenkreyserin kimyәvi toyu” traktatı), Y.Böme, frankmasonlar vә b. mistiklәr tәrәfindәn çox istifadә edilirdi.

    Müq. Roma imperiyasının imperatorları II Maksimilian vә xüsusilә II Rudolf Ə. ilә maraqlanırdılar; imperiyanın mәrkәzi Praqa ş. әl-kimyәvi tәdqiqatların mәrkәzinә çevrilmişdi. Y.B.van Helmontun, A.Libavinin vә İ.Nyutonun әsәrlәrindә Ə. әhәmiyyәtli yer tuturdu. Əl-kimyәvi tәcrübәlәr gedişindә H.Brand 1669 ildә fosforu әldә etdi, İ.F.Bötger isә tәxminәn 1709 ildә Mayen farforunun hazırlanma texnologiyasını yaratdı. R.Boyl tәrәfindәn kәşf olunan vә A.L.Lavuazye tәrәfindәn tamamlanan kimyәvi elementin tәbiәti haqqında diskussiya 18 әsrdә kimyanın tamamilә Ə.-dan ayrılması vә Ə.-nın primitiv kimya hesab edilmәyә başlaması ilә nәticәlәndi.

    19 –20 әsrlәrdә Ə. şәrhlәrindә insanın ruhi transformasiyası ön plana çıxdı. Maddәnin praktiki dәyişmәsi isә onun rәmzi kimi   nәzәrdәn   keçirilmәyә   başladı (K.A.Kortum, Y.P.Blavatskaya, R.Ştayner vә R.Genonun әsәrlәrindә bu prosedurların mәnası ezoterik әnәnә çәrçivәsindә açılırdı). Ə.-nın әsasәn psixoloji fenomen kimi bәrpası ilk dәfә  A.Hiçkokun (1857)  vә H.Zilbererin (1914) әsәrlәrindә әksini tapsa da, K.Q.Yunqun arxetiplәr fәrdilәşmә haqqında tәlimi kontekstindә reallaşdı. M.Eliade Ə.-nı dünyanın mifomagik mәnzәrәsindәn çıxararaq inisiasiya rituallarının rolunu vurğulayırdı.

    Əl-kimyәvi simvolika incәsәnәtdә vә әdәbiyyatda әksini tapmışdır (A.Dürer, P.Breygel Böyük vә İ.Bosxun rәsmlәrindә; İ.V.Göte, V.Hüqo, E.T.A.Hofman, Q.Mayrink, T.Mann, Q.Qarsia Markes, P.Koelyo, P.Züskindin vә b. әsәrlәrindә).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç