ƏL-QAİDƏ (әr. – tәmәl, özül, әsas) – beynәlxalq müsәlman terror tәşkilatı. 1988 ildә Sәudiyyә Ərәbistanından olan Üsamә bin Laden tәrәfindәn yaradılmışdır. Ə.-Q.-nin ideologiyası müsәlman ölkәlәrini dünyәvi hökumәtlәrdәn azad etmәkdәn ibarәtdir. Tәşkilatın әsas mәqsәdi mövcud olan islam cәmiyyәtlәrinin radikallaşdırılması vә yenilәrinin yaradılması, islam dövlәtlәrinin dәyişdirilmәsi yolunda әsas maneә olan ABŞ-la mübarizә, bütün dünyada Ə.-Q. döyüşçülәrinin vә müsәlman qruplaşmalarının dәstәklәnmәsidir.
Əvvәllәr Ü. bin Ladenin iqamәtgahı nәzdindә 1979–89 illәr müharibәsinin әfqan mücahidlәri haqqında informasiyanın toplanması vә saxlanılması ilә mәşğul olan inzibati şöbә idi. Bu mücahidlәrin çoxu Somalidә, Bosniyada, Kosovoda, Çeçenistanda vә s. silahlı münaqişәlәrdә iştirak etmişdi. 1992 ildә tәşkilatın strukturu vә idarә sistemi formalaşdırıldı. Ə.-Q. öz sıralarına daha kiçik regional vә beynәlxalq qruplaşmaları qәbul etmiş, onları maliyyәlәşdirirdi. Bin Laden uzun müddәt Əfqanıstanın taliblәrin nәzarәtindә olan әrazilәrindә gizlәnirdi. 1998 ildә o, әrәb vә Pakistan terror tәşkilatlarının (mәs. “әlCihad әl-İslami”, “әl-Camaat әl-İslami”, “Kәşmirin üsyançı hәrәkatı”) daxil olduğu “Yәhudilәrә vә sәlibçilәrә qarşı ümumdünya islam cәbhәsi”nin yaradıldığını bildirdi. Ə.-Q.-nin әn böyük terror aktı Nyu-Yorkdakı Ümumdünya ticarәt mәrkәzinin binalarına vә Vaşinqtonda Pentaqona aviahücumudur (11.9.2001).