ƏLQƏDARİ, Mirzә Hәsәn Hacı Abdulla oğlu Əlqәdari (15.10. 1834, Dağıstan, Balaxani k. – 12.9.1910, Dağ., Əlqәdar k.) – Dağıstan tarixçisi, maarifçi, şair. Milliyyәtcә lәzgidir. Sonralar ailәsi Əlqәdar k.-nә köçmüşdür. Ərәb, fars, Azәrb. vә rus dillәrini mükәmmәl bilәn Ə. bir müddәt dairә idarәsindә mirzә, mәhkәmә üzvü, sonralar isә 12 il Cәnubi Tabasaranda naib olmuşdur. 1877 ildә Dağ.-da çarizm әleyhinә iğtişaşda iştirak etmәkdә tәqsirlәndirilәrәk Tambov qub.-na sürgün edilmiş, 1883 ildә sürgündәn qayıtdıqdan sonra ömrünün sonunadәk müәllimliklә mәşğul olmuşdur. Ə. “Əsәri-Dağıstan” әsәrinin (1903 ildә Bakıda nәşr edilmişdir) müәllifidir. A.A.Bakıxanovun “Gülüstani-İrәm” әsәrindәn istifadә yolu ilә Azәrb. dilindә yazılmış bu әsәrdә әn qәdim dövrlәrdәn 19 әsrin ortalarınadәk Dağ.-ın tarixi müfәssәl tәsvir edilmişdir. Ə. “Mәmnun” tәxәllüsü ilә Azәrb. vә әrәb dillәrindә şeirlәr dә yazmışdır. “Cirab әlMәmnun” (1912) әsәrindә şәriәtin başlıca qaydaları vә islama dair digәr mәsәlәlәr әksini tapmışdır. “Divan әl-Mәmnun” şeir kitabı 1913 ildә Teymurxan-Şurada (indiki Buynaks) nәşr olunmuşdur. H.Zәrdabi vә
- b. Azәrb. ziyalıları ilә yaxın dostluq münasibәtlәri olan Ə.-nin “Əkinçi”, “ŞәrqiRus” qәzetlәrindә, “Molla Nәsrәddin” jurnalında şeir vә mәqalәlәri çap olunmuş, jurnalın ilk nömrәlәrini Dağ.-da tәbliğ etmişdir. 2009 ildә Əlqәdar -ndә Ə.-nin muzeyi fәaliyyәtә başlamışdır.