ƏL-QOR, Qhor – Qәrbi Asiyada, Fәlәstin әrazisindә tektonik çökәklik. Şm.-dan c.-a tәqr. 200 km mәsafәdә uzanır, eni 25 km-әdәkdir. Çökәkliyin dibindә İordan çayı dәrәsi, Tiveriad gölü, Ölü dәniz yerlәşir. Yer kürәsi sәthinin әn alçaq nöqtәsi (– 400 m) Ölü dәnizin sahilindәdir. Hünd. 1000–1400 m-ә çatan dik yamacları, yarımsәhra bitki örtüyü var.